Ukrayna prezidenti Petr Poroşenko "2016-cı ildə ləyaqət və azadlıq gününün qeyd edilməsi haqqında” fərman imzalayıb. 

Oxu.Az xəbər verir ki, bu barədə "112 Ukraina” məlumat yayıb. 

"Ləyaqət və azadlıq günü noyabrın 21-də qeyd edilir. Bu Ukraynada tarixi hadisələrə çevrilən 2004-cü ildə Narincı və 2013-cü ildə Ləyaqət inqilabının başladığı gündür”, - məlumatda deyilir. 

Qeyd edilir ki, Poroşenko 2016-cı ildə ləyaqət və azadlıq gününü qeyd edilməsi üşün hökumətə təşkilat komitəsini yaratmağı tapşırıb. Bu işə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, ərazi icmalarının nümayəndələrinin, inqilab hadisələrinin fəal iştirakçılarının, "Vətən qəhrəmanları” ictimai təşkilatının nümayəndələrinin cəlb edilməsi tapşırılıb. 

Həmçinin sənədin mətnində, bu sərəncamın inqilab hadisələrində iştirak edən vətəndaşların insan haqlarının və Ukraynanın gələcəyini qorumalarında şücaətini, onların azadlıq, ədalət ideallarına sadiqliyinin və dövlətdə demokratik dəyərlərin təsdiqlənməsinə istiqamətləndiyi qeyd edilib. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300