Əvvəllər gündə 3-4 toya gedirdim. İndi isə insanların zövqlərini dəyişib.

Bunu məşhur gitara ifaçısı Rəmiş Modern.az-a geniş müsahibəsində deyib. Onun sözlərinə görə, toylara çağırılmadığından maddi vəziyyəti pisləşib:
 
"Axır zamanlar Azərbaycan telekanallarını "Kubinka”ya döndəriblər. Gərək harasa pul verib, efirə çıxasan. Buna görə də telekanallara və toylara getməyi çox xoşlamıram. Toylarda indi diskotekalar olur. İşıqları söndürürlər və bir də görürsən, hansısa qadın yarıçılpaq formada səhnəyə çıxır. Buna görə də toylara nifrət edirəm və getmirəm. Bəzən pulsuz qalıram. Xalq artisti kimi ayda 100 manat alıram, onunla qane olmağa çalışıram. Çətinliklər çox olur. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevdən xahiş edərdim ki, bu məsələni diqqətdə saxlasın, mənə də Prezident təqaüdü ayrılması üçün təqdimat versin. Kimlərəsə lazımsız yerə təqaüdlər verilir. Ayda 100 manatla dolanmaq olmur. Mənim yaşım da çoxdur artıq, 70-i keçib. Toylara da gedə bilmirəm. Bəs necə dolanmalıyam? Nazirdən xahiş edirəm ki, bu problemlə maraqlansın”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300