Türkiyəli vəkil Mərd Əryılmaz ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Dunford, Milli Kəşfiyyat İdarəsinin direktoru Ceyms Klepper və ABŞ Mərkəz Qüvvələri komandanı Cozef Volteldən İstanbulun Bakırkoy Prokurorluğuna şikayət edib.
 
Axar.az xəbər verir ki, vəkil adı sadalanan şəxslərin 15 iyul dövlət çevrilişində əli olduğunu iddia edərək məsuliyyətə cəlb olunmalarını tələb edib.
 
Şikayət məktubunda 15 iyul axşam saatlarında Malatyaya enən 8 yük təyyarəsinin içindən Türkiyə Silahlı Qüvvələrinin invertarında olmayan bombalar tapıldığı və bu təyyarələrin İncirlik hava bazasından göndərildiyi qeyd olunub.
 
"İncirlik bazasında xidmət edən çavuş Məhməd Əmrah Quzu ifadəsində bu sözlərə yer verib: "15 iyul axşam saatlarında general Bəkir Ərcan Van mənə zəng edərək yanına çağırdı. Saat 08:00-da komandirimlə birgə bazada ABŞ-a məxsus bir binanın qarşısına gəldik. General içəri daxil oldu. Biz 15-20 dəqiqə onu gözlədik”. Bu onu göstərir ki, çevriliş İncirlik bazasından idarə olunub. FETÖ-cu xain hərbçilər ABŞ qüvvələri ilə əlbir olub. Təsadüfi deyil ki, İncirlik 10-cu Tanker baza komandiri Bəkir Ərcan Van çevriliş cəhdinin uğursuz olduğunu görüb ABŞ-dan siyasi sığınacaq istəmişdi”, - vəkil qeyd edib.
 
Bakırköy Prokurorluğu şikayəti təmin edərək araşdırmaya başlayıb, materiallar İstanbul Baş Prokurorluğuna göndərilib.
 
Qeyd edək ki, Cozef Dunford, Ceyms Klepper və Cozef Voltel istintaq materiallarında "şübhəli” olaraq yer alıb. Onlar "terror təşkilatını təbliğ etmə” maddəsi ilə günahlandırılır.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300