Bu gün səhər saatlarında tanınmış iş adamı Müqayis Verdiyev həbs olunub.
 
Belə ki, Xalqxeber.Az-a daxil olan məlumata görə iş adamı bu gün yaşadığı Sabunçu rayon ərazisində yerləşən evindən Sumqayıt polis idarəsinin əməkdaşları tərəfindən məcburi qaydada polis maşınına əyləşdirilərək idarəyə gətirilib. Daxil olan məlumatda bildirilir ki, iş adamının həbsi icra başçısnın xüsusi göstərişi ilə əlaqəlidir. Çünki Sumqayıt şəhəri ərazisində inşa edilən Bulvar məhz iş adamının işçi qüvvəsi tərəfindən həyata keçirilib. Bulvar təmamilə hazır olmasına baxmayaraq, icra hakimiyyəti nə iş adamının, nə də fəhlələrin əmək haqqlarını verməyib.İşçilərin əmək haqqlarını icra başçısından tələb edən iş adamı Zakir Fərəcovun qəzəbinə tuş gələrək qanunsuz olaraq həbs olunub.
 
Hal-hazırda Bulvarda çalışan işçi qüvvəsi polis idarəsinin qarşısında iş adamının azadlığa buraxılmasını tələb edirlər.
 
Bundan başqa qeyd edək ki, iş adamı Müqayis Verdiyev Sumqayıt polis idarəsində dindirilərək izahatı alınır.
 
Yaxın saatlarda daha geniş məlumat verəcəyik.(Xalqxeber.Az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300