"Oyunçularımı təzyiqdən və meydandan kənarda baş verən hadisələrin təsirindən qoruya bilmədik. İlk 45 dəqiqədəki oyundan danışsaq, mənim heç vaxt bu cür komandam olmayıb. Lakin hər halda mübarizə apardıq. Hesab 2:2 oldu, hətta 3:2 də ola bilərdi. 0:2 hesabı ilə məğlub olduğumuz oyunu bərabərliklə başa vurduq". 

"Report"un məlumatına görə, bunu Türkiyə yığmasının baş məşqçisi Fatih Terim 2018-ci il dünya çempionatının Ukrayna ilə seçmə qrup matçından sonra mətbuat konfransında deyib.
63 yaşlı mütəxəssisin fikrincə, 2:2 hesablı heç-heçə yaxşı nəticə olsa da, evdə xal itirmək pis haldır. Baş məşqçi yığmada yeni nəslin formalaşmağa başladığını bildirib: "Futbolçularımı oyunda dönüş etdiyi üçün təbrik edirəm. İnanıram ki, bu həftəni səfərdə İslandiya üzərində qələbə ilə başa vurarıq. Bir tərəfdən oyunu uduzmamağa, digər tərəfdən də qalib gəlməyə çalışacağıq. Üstəlik, yeni komanda qurmağa çalışırıq. Yığmaya yeni nəsil gəlir. Bundan əmin ola bilərsiniz. Meydançada ayağının dəymədiyi yer qoymayan, mümkün olduğu qədər meydanın rəqibə aid olan hissəsində oynayan futbolçular gəlir".

F.Terim məşqçilik karyerasında Çempionlar Liqası və milli komanda ilə dünya çempionatında nəticə verə bilmədiyini xatırladıb: "Ümid edirəm ki, bunları da tamamlayarıq. Ətrafıma baxarkən, özümü çox güclü hiss edirəm. Bir də nəvəmə və onun anasına söz verdim. Hazırda şərtlər bizi hara aparır, bilmirəm. Həm də hələ heç nə itirməmişik, heç kimə məğlub olmamışıq. Hələ kürəyimiz yerə dəyməyib".

Qeyd edək ki, Ukrayna ilə ev görüşündən 2:2 hesablı bərabərliklə ayrılan Türkiyə xal ehtiyatını 2-yə çatdırıb. Bu nəticə ilə "ay-ulduzlular" 4-cü pillədə qərarlaşıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300