Avropada təşkilatlanmağı hər zaman özündə prolitet məsələ bilən Müsavat Partiyası, Almaniyada bütün demokratları bir araya toplayacaq tədbir planlayır.

 
Müsavat Partiyasının Avropa qolu, Almaniyada da rəsmi qeydiyyatı olan "Müsavat Partiyasi Avropa Koordinasiya Mərkəzi” (AKM) öz feysbuk səhifəsində bu haqda məlumat paylaşıb.
 
Təşkilat bütün Avropada yaşayan həmyerlilərimizə müraciət ünvanlayıb.
 
Müraciəti olduğu kimi sizlərə təqdim edirik:
 
"Avropada yaşayan Müsavatçılarin nəzərinə!
Dəyərli dostlar, Müsavat Partiyasi Avropa Koordinasiya Mərkəzi (AKM) 22 oktyabr 2016-cı il tarixində özünün ilk təsis konfransını keçirəcək!
 
Bu konfransa Avropada yaşayan bütün müsavatçıların istirakı vacibdir. Konfrans saat 11:30-dan 15:00-a dək davam edəcək. Yığınacaqda təşkilati məsələlərə baxılacaq, mərkəzin gələcək fəaliyyəti ilə bağlı qərarlar qəbul ediləcək.
 
Konfransdan sonra saat 16:00-dan 20:00-a dək 18 Oktyabr Müstəqillik Günü ilə bağlı rəsmi tədbir keçiriləcək. Tədbir sırasında Müsavat Partiyası Başqanı Arif Hacılının bayram nitqi və Avropada yaşayan soydaşlarımızla görüşü nəzərdə tutulur”
 
Bayram tədbirinə Avropada yaşayan bütün həmvətənlərimiz dəvətlidir..
 
Ünvan: Ben-Gurion -Ring 110a
60437 Frankfurt am Main, Almaniya

Əlaqə:
+49 179 783 56 35 (Müsavat AKM təşkilat komitəsinin rehberi – İlham Həsən)
+49 178 3928 811 (Koordinator Əhməd Calaloğlu)
E-mail: musavatakm@gmail.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300