Azərbaycan Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsindən 2013-2015-cı illərdə Biləsuvar rayon İcra Hakimiyyətinə (RİH) ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq edib.

Palatadan haqqınsəsi.com-a verilən məlumata görə, audit 9 tədbiri, o cümlədən beş məktəb və bir inzibati bina və iki yolun tikintisi, həmçinin "Biləsuvar rayonu ərazisində abadlıq və quruculuq işlərinin yerinə yetirilməsi” layihəsi üzrə ümumilikdə 31363,8 min manat məbləğində vəsaiti əhatə edib.

RİH tərəfindən Azərbaycan Prezidentinin 2010-cu il 17 mart tarixli 239 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın tələblərinə əməl edilməyərək layihə təklifləri verilməzdən əvvəl investisiya layihələrinin əsaslandırılması, ilkin strukturu və qiymətləndirilməsini əks etdirən ilkin texniki-iqtisadi əsaslandırma və layihə sənədləri hazırlanmayıb, məktəblərin tikintisi üçün layihə smeta sənədlərinin tərtibində Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş "Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin binalarla bağlı bəzi tələblərinə əməl edilməyib, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan 5 tədbir vaxtında başa çatdırılmayıb.

Tikinti obyektinin layihə ilə uyğunluğunu təmin etmək, həmçinin tikilən və ya yenidən qurulan kommunikasiyalarda yüksək keyfiyyətin təmin olunması məqsədilə layihənin müəllif nəzarətinin təmin olunması barədə qeydlər aparılmayıb, 2 layihə üzrə tərtib edilmiş dövlət ekspertiza rəyində bildirilmiş iradlar aradan qaldırılmayıb.

Tikintisi başa çatdırılmış məktəb binalarının istismara verilməsi üçün tərtib olunan dövlət qəbul komissiyasının aktlarından əvvəl işçi komissiyasının aktları tərtib olunmadığı, 4 obyekt üzrə son ödəmə texniki təminat müddəti nəzərə alınmadan həyata keçirildiyi qeyd olunub.

Bir sıra hallarda sonradan üstü örtülən işlərin və məsul konstruksiyalarının qəbulu, su, istilik, qaz təchizatı və kanalizasiya sistemlərinin və s. sınaqları barədə müvafiq aktlar tərtib edilməyib, yerinə yetirilməyən bəzi tikinti-quraşdırma işləri qəbul aktlarına daxil edilib, bir sıra hallarda müxtəlif mebel və inventarların podratçı təşkilat tərəfindən məktəblərə təhvil verilməsi tam təmin olunmayıb.

01.01.2016-cı il tarixə başa çatdırılmamış kapital qoyuluş üzrə 1 obyektin dəyərinin, 10 obyekt üzrə isə kreditor borc məbləğinin mühasibat uçotunda və maliyyə hesabatlarında əks etdirilməyib.

Hesablama Palatasının Kollegiyası Biləsuvar rayon İcra Hakimiyyəti tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində ləğv edilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Biləsuvar rayon İcra Hakimiyyətinə göndərilib.

Kollegiya, eyni zamanda istismara verilmiş obyektlər üzrə müddət nəzərə alınmaqla keyfiyyət zəmanəti kimi saxlanılmış vəsaitlərin ödənilməsinə əsas verən, eləcə də tikintinin keyfiyyətinin qoyulmuş tələblərə uyğunluğunun yoxlanılması məqsədilə meyarların müəyyənləşdirilməsini tənzimləyən normativ sənədin hazırlanması üçün Hesablama Palatası tərəfindən Nazirlər Kabinetinə müvafiq təklif verilməsi ilə də bağlı qərar qəbul edib. Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.
 
Sentyabrın 26-da Azərbaycanda keçirilən referendumdan sonra bir neçə rayonun icra hakimiyyətinin başçısı postları ilə vidalaşmalı olacaqlar. Bu barədə məlumatlı mənbədən bildirilib. 

Mənbənin sözlərinə görə, xüsusilə barələrində ciddi korrupsiya faktları olan icra başçıları ilə yollar ayrılacaq. Bu zaman Hesablama Palatasının son aylarda apardığı auditlərin nəticələri əsas götürüləcək.

Mənbəmiz belə icra başçılarından bəzilərinin kimliyi barədə də məlumat verib. Belə aydın olur ki, onların arasında Biləsuvar rayonun icra başçısı Mahir Quliyevin adı ön plana çıxır. 

"Biləsuvar rayonunda "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulan 5 tədbir vaxtında başa çatdırılmayıb. Bu isə yuxarı dairələrdə ciddi narazılığa səbəb olub və Mahir Quliyevin vəzifəsinə xitam verilməsi qərarlaşdırılıb”, - deyə qaynağımız vurğulayıb.  (7news.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300