Vitse-prezidentlərin debatında respublikaçı Maykl Pens qalib gəlib


 

ABŞ-da prezidentliyə iddiaçıların debatından sonra onların gələcək müavinləri səhnəyə çıxıb.

Respublikaçıların vitse-prezidentliyə namizədi Maykl Pens və demokrat namizəd Tim Keyn teledebatda üz-üzə gəliblər. 

Musavat.com-un xarici mətbuata istinadən verdiyi xəbərə görə, siyasi müşahidəçilər bu dəfəki duelin qalibi olaraq respublikaçı namizədi elan edib.

 Hillari Klintonun müttəfiqi Tim Keyn debat zamanı tez-tez rəqibinin üzərinə həmlələr etməsinə baxmayaraq, respublikaçı daha hazırcavab və əmin görünüb.

Maykl Pens rəqibinə qalib gəlməkdən ötrü bəzən hətta prezidentliyə namizəd Donald Trampın fikirlərinə qarşı çıxmaqdan çəkinməyib.

Qeyd edək ki, ABŞ-da vitse-prezident dövlətin ikinci şəxsi olmaqla bərabər prezidentin fəaliyyət göstərə bilmədiyi və ya ölümündən sonra onu əvəz edir. Vitse-prezident həm də ABŞ Senatının sədridir. Tarix boyu vitse-prezidentlər həmişə prezidentlərin kölgəsində qalsa da, dövlət içində olduqca mühüm mövqeyə malikdirlər və hətta bəzən öz nüfuzuna və qüdrətinə görə prezidentləri belə üstələyirlər. Məsələn, Corc Buşun dövründə vitse-prezident vəzifəsini tutan Riçard Çeyni bir çox məsələlərdə ABŞ prezidentini arxa plana keçirməyi bacarıb.

Sonuncu debatlarda da Maykl Pens Trampın qalib gəlməsi halında məhz belə vitse-prezidentlərdən biri olacağını göstərib. Hətta Donlad Tramp da debatdan sonra heyranlığını gizlədə bilməyib: "Maykl Pens böyük qələbə qazandı. Biz hamımız Mayklla qürur duymalıyıq”, deyə Donald Tramp rəsmi tvitter hesabında yazıb.

 Qəzetlərin yazdığına görə Pens rəqibinin təxribat xarakterli sualları qarşısında özünü itirməyib və özünə uyğun anlarda söhbəti istədiyi məcraya yönəltməyi bacarıb. Məsələn o, Tim Keynin Trampın skandal xarakterli açıqlamaları ilə bağlı verdiyi suallardan ustalıqla yayınaraq tənqid hədəfini Hillari Klintonun üzərinə gətirməyə nail olub.

Картинки по запросу pence-kaine debates

Hər halda ənənəvi mühafizəkar respublikaçılardan biri sayılan Maykl Pens Trampın mövqeyini izah edərkən onunla zidd olan fikirlər səsləndirməkdən qaça bilməyib.
Xüsusilə Maykl Pensin Rusiya və onun prezidenti haqqındakı fikirləri Trampın söylədikləri ilə uyğun gəlməyib.

Demokrat Tim Keyn Donald Trampın dəfələrlə Rusiya prezidenti Vladmir Putinin şəninə təriflər yağdırdığını xatırladıb: "Vladimir Putinin dahi lider olması barədə söz-söhbəti kəsmək lazımdır. Tramp və Pens isə məhz bunu deyir. Trampı Rusiya ilə bağlayan biznes əlaqələri var”.

Maykl Pens isə rəqibinin bu sözlərinə gülməklə cavab verərək Putini müdafiə etmədiyini bildirib: "Donald Tramp və mən Suriyada, İraqda və Ukraynada baş verən hadisələri müşahidə edən zaman Rusiyanın gödək və davakar liderinin ABŞ rəhbərliyindən daha güclü oyunçu olduğunu gördük. Buna ürək ağrısı ilə baxmamaq olmur. Bu Putini tərifləmək deyil, bizim amerikan liderliyinin fərsizliyini tanınmasıdır”.

Yeri gəlmişkən Tramp həqiqətən Putini tərifləyib. O MSNBC-yə verdiyi müsahibədə "Əgər Putin mənim haqqımda xoş sözlər söyləsə mən də eyni manerada cavab verəcəm. Mən həmişə demişəm ki, Putin olduqca ləyaqətli liderdir”, sözlərini işlətmişdi.

Картинки по запросу pence-kaine debates

Pensin debat zamanı xarici siyasətlə bağlı bəzi fikirləri də Trampın mövqeyi ilə ziddiyyət təşkil edib. Məsələn o, ABŞ-ın Çexiya və Polşada HHM sistemlərini yerləşdirməsinin doğru olduğunu vurğulayıb. Donald Tramp isə ABŞ-ın Avropanın müdafiə sisteminə pul xərclənməsinin mənasız olduğunu söyləmişdi.

Pensin debatlar zamanı Rusiya haqqında söylədiyi "Rus ayısı heç vaxt ölmür, o sadəcə yuxuya gedir”,  cümləsi də sosial şəbəkələrdə böyük hay  - küyə səbəb olub.
Hər halda, ABŞ mətbuatı və siyasi ekspertlər Maykl Pensin Trampdan fərqli olaraq debata daha hazırlıqlı gəldiyini yazır.

"KİV Pensin qazandığını yazır, lakin bu Trampa o qədər də  kömək edə bilməyib", deyə CNN kanalı xəbər verir.

Kanal Respublikaçılar partiyasındakı qaynağına istinad edərək Trampın fiqurunun partiya içində hələ də böyük narazılıq mənbəyi olduğunu bildirib:

"Mən 6 dəfə qubernator Pensə Tramp kimi adamı necə müdafiə etməsini anlaya bilmədiyini söylədim. Pens seçiciləri hətta özünün belə müdafiə etmək qabiliyyətində olmadığı adama səs verməyə çağırır”, deyə Tim Keyn debatdan sonra jurnalistlərlə söhbət edərkən bildirib.
 Qeyd olunur ki, debatlar Tim Keynin doğma Virciniya ştatında keçirilib. Tim Keyn hazırda senator olaraq təmsil etdiyi ştatda qubernator vəzifəsində də çalışıb.

Onun ştatdakı qubernatorluğu dövründə böyük hörmət qazandığı mətbuatda xüsusilə vurğulanır. Bundan başqa senator Keyn 2008-2011-ci illərdə Demokrat partiyasının Milli Komitəsinin rəhbəri vəzifəsində də çalışıb. 

Respublikaçıların vitse-prezidentiyə namizədi, İndiana ştatının qubernatoru Maykl Pens isə qatı mühafizəkar olaraq tanınır. O, bir çox məsələlərdə Tramdan da konservativ fikirlərə malikdir.

Hillari Klinton və Donald Tramp arasında növbəti debat oktyabrın 9-da Missuri ştatının Sent-Luis şəhərində keçiriləcək.

Vaqif Hüseyn, Musavat.com 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300