Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banisi Məhəmməd Əmin Rəsulzadənin silahdaşı Məhəmməd Kəngərlinin illər əvvəl çəkilmiş videosu yayılıb.

 

Axar.az xəbər verir ki, Kəngərli Türkiyə telekanalına müsahibəsində Məhəmməd Əmin Rəsulzadənin almanlarla razılığa gələ bilməməsinin səbəbini açıqlayır. O, Rəsulzadənin almanlara "Müstəqil Azərbaycan” memorandumu təqdim etdiyini bildirir:

 

"İkinci Dünya müharibəsi başlayanda SSRİ-dəki bütün millətlərin liderləri Berlinə axın etməyə başladı. Məhəmməd Əmin isə Berlinə öz istəyi ilə gəlməmişdi. Şərq məsələləri ilə məşğul olan alman fon Şulenberq Rəsulzadəni şəxsən öz ölkəsinə dəvət etmişdi. Bundan sonra Rəsulzadə Almaniyaya getdi. O, almanların nə istədiyini çox yaxşı bilirdi. Almanlara isə Azərbaycanın siyasi baxımdan təcrübə qazanmış lideri ilə danışıqlar aparmaq sərf eləmirdi. Danışıqlar zamanı Rəsulzadə onlara bir memorandum təqdim etdi. Burada əsas maddə kommunizmin çöküşündən sonra Azərbaycanın müstəqilliyinin tanınması idi. Lakin almanlar bununla razılaşmadı. Buna görə də Rəsulzadə Almaniyanı tərk edərək, Buxarestə getmək məcburiyyətində qaldı”.

 

Qeyd edək ki, Məhəmməd Əmin Rəsulzadə öz qeydlərində Şulenberqin dəvəti ilə Berlinə getdiyini bu sözlərlə bildirib: "1943-cü ildir. İkinci Cahan hərbi əsnasında Alman Xariciyyə Nazirliyindən qraf fon Şulenberqin dəvəti üzərinə Berlində idim. Milli Azərbaycan Komitəsi təşəkkül etmişdir; bu komitə Milli Azərbaycan davasının əsaslarını alman məqamlarına qəbul etdirmək üzrə fəaliyyətə keçmişdir”.

 

Qeyd: Video sosial şəbəkədəki "Azərbaycan Tarixi” səhifəsindən götürülüb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300