Neftçala rayon Hüseyn Cavid parkına direktor təyin edilən Aygün Abdullayevlə bağlı ilginc məlumatlar daxil olub.

 Uluyol.info 365.az-a istinadən xəbər verir ki, məktub ünvanlayan Neftçala sakini onun bu günə qədər yol verdiyi nöqsanlardan bəhs edib, gələcək planları barədə məlumat verib.

"Hələ rayonun "Kimya şəhərciyi” adlanan yaşayış məhəlləsində yaşayarkən adı kimya müəlliməsi kimi məktəbdə gedən bu qadın qanunla qadağan olunmuş hər şeyin alveri ilə məşbul məşğuliyyətə görə ad çıxarıb. Sonradan hansısa şübhəli və müəmmalı yolla Neftçala rayon 2 saylı orta məktəbin direktoru vəzifəsinə sahiblənib. Bu müddətdə məktəbdə baş verən bütün qalmaqqalı hadisələr onun adı ilə bağlı olub. Buraya "rüşvət almaq”, "şantaj etmək”, "böhtan atmaq” və s. insana yaraşmayan əməllər daxildi” deyə şikayətçi yazır.

Mənbə daha sonra bildirir ki, Aygün Abdullayevinin oğlu quldurluğa görə cinayət məsuliyyətinə cəlb olunub: "Direktor işlədiyi dövrdə oğlu bir qrup şəxslə Şirvan şəhərində quldurluq əməli törətdiyinə görə məsuliyyətə cəlb olunmuş və həbs edilmişdi. Öz doğma övladına tərbiyə verə bilməmiş bir qadın hansı haqqla millətin övladlarına təhsil, tərbiyə verən təhsil ocağına rəhbərlik edir. Ümumiyyətlə, o, oğlunun əməllərini hansı yolla hər kəsdən gizlədə bilib”.

Məktubun müəllifi daha sonra çox maraqlı faktlar açıqlayıb: "Özünün bildirdiyinə görə, 40 min manat verərək 61 saylı Dairə Sekçi Komissiyasına sədr təyin olunub. Gələn kimi başlayıb pul yığmağa. Deyilənə görə, indi 10 min manat verərək özünü Hüseyn Cavid adına mərkəzi parka müdir təyin etdirib. Bu dəfəki hədəfi isə parkdakı obyekt sahibləridir. O, obyekt sahiblərindən pul tələb edir, verməyənləri obyektlərini sökdürməklə hədələyir. Aygün Abdullayevanın yaxınlarına bildirdiyinə görə burdan yaxşı pul toplayaraq Neftçala rayon mədəniyyət şöbəsinə müdir getmək istəyir”.

Mənbənin bildirdiyinə görə, Aygün Abdullayevanın himayəçisi Neftçala İcra Hakimiyyəti başçısının müavini Gültəkin Sadıqovadır.

İddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
 
Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300