Biznesmen-namizəd buna görə dövlətin özünü borclu çıxarıb; çünki bu işlə məşğul olmayan iri şirkət yoxdur...


 

ABŞ prezidentliyi uğrunda seçkilərdə respublikaçıların namizədi Donald Trampın vergidən yayınması ətrafında skandallar səngimək bilmir.

Mətbuata respublikaçı namizədin 18 il ərzində vergidən yayınmaq üçün işlətdiyi maliyyə sxemi də bəlli olub.

Trampın özü bu cür mailiyyə maxinasiyasına yol verdiyini etiraf edib. Lakin o, qanunlar çərçivəsində hərəkət etdiyini bildirir. Trampın dediyinə görə, o, sadəcə vergi qanunvericiliyinin zəif yerlərindən istifadə edib. Milyarder namizəd Kolorado ştatında tərəfdarları qarşısında etdiyi çıxışda bu barədə danışarkən buna görə dövlətin özünü "borclu” çıxarıb.

Trampın məsələ ilə bağlı şərhini isə "şərhsiz” qrifi altında təqdim etmək daha doğru olar: "Bizim vergi qanunvericiliyindəki ədalətsizlik mənim özümün də başıma girmir. Mən həmişə bu barədə danışıram. Elə özüm də vaxtilə qanunlarımızın zəif tərəflərindən istifadə etmişəm. Lakin mən indi Tramp üçün deyil, sizin üçün çalışıram”.

Xatırladaq ki, bir müddət öncə"The New York Times” qəzeti Trampın maliyyə sənədlərini dərc edib. Həmin sənədlərdə Donald Trampın 1990-cı illərdə zərər olaraq bəyan etdiyi pulların ona vergi güzəştləri sayəsində 1 milyard dollar xeyir gətirdiyi məlum olub.

Başqa sözlə, Tramp iflas olma ərəfəsində heç bir vergi ödəməyib. İşləri düzəldikdən sonra isə biznesmen bu barədə vergi orqanlarını məlumatlandırmağı "unudub”.

Donald Trampın 90-cı illərdə Atlantik-sitidəki 3 kazinoda, habelə aviabiznesə yatırdığı sərmayədən və Manhettendə aldığı oteldən böyük zərərə uğradığı qeyd edilir. Lakin Tramp necə olubsa böhrandan çıxış yolu tapıb.

ABŞ-da sahibkar şəxs zərər etdiyini (Trampın zərəri 916 milyon dollar olub)  bəyan etdikdən sonra hökumət vergi öhdəliyi bazasını aşağı salaraq zərəri bir sonrakı illərə qədər daşımağa icazə verir. Bütün korporasiyalar qanunvericilikdəki bu tip boşluqlardan istifadə edir.

Trampın qanunla oynayaraq vergidən yayınması cinayət məsuliyyəti yaratmasa da hər halda seçkiqabağı imicinə sarsıdıcı zərbə endirə bilib.

Respublikaçı namizədlə bağlı partlayan bu skandal demokratların əlinə yeni fürsət verib.Trampı müdafiə edən respublikaçılardan bir qismi isə namizədi yalnız buraxmayıblar. 
Məsələn, Nyu-York şəhərinin keçmiş meri Rudolf Culiani 20 il ərzində vergidən yayınmağın özünün böyük fərasət olduğunu söyləyərək Donald Trampı buna görə dahi adlandırıb.
Bu arada xarici mətbuatda onlarla iri biznesmenin, holdinqlərin, nəhəng korporasiyaların Tramp kimi vergidən yayınması ilə bağlı xəbərlər gəlməkdə davam edir. Rəqəmlərə baxıldığı zaman milyarder namizədin onların yanında "toya getməli” olduğu görünür.

Belə ki, ABŞ-ın İqtisadiyyat və vergilərin araşdırılması İnstitutu, habelə PİRG Education Fund və Citizens for Taxes kimi ictimai təşkilatların yaydığı araşdırmada ABŞ-ın böyük korporasiyalarının öz gəlirlərini əsasən ofşor bölmələrində yerləşdirdikləri məlum olub. Sənəd müəllifləri belə hesab edir ki, bu cür praktika sayəsində ABŞ büdcəsindən 718 milyard dollar vergi yayındırılıb.

Araşdırmada Fortune jurnalında qeyd olunan ABŞ-ın 500 ən iri şirkətindən 367-nin ofşor yurisdiksiyalarında şöbələri yaratdıqları göstərilib. Sənəddə ofşor zonalarda bu cür 10366 şöbənin olduğu qeyd olunur. ABŞ şirkətlərinə vergi sığınacağı üçün ən rahat yerin Hollandiya olduğu yazılır. Bundan bağqa, Kayman və Bermud adaları da iri şirkətlərin "kurort” bölgələri sayılır.

Vergi öhdəliyi ilə bağlı güzəşt rejiminə malik ofşorlara qoyulan pulun həcminə görə "Apple” liderlik edir. Telekommunikasiya nəhənginin ofşorlarda yatrıdığı pulların həcmi 215 milyard dollar məbləğində hesablanır.Araşdırmalar göstərir ki, əgər bu pullar ABŞ-a keçirilsəydi, o zaman şirkət 65 milyard dollar məbləğində vergi ödəməli olacaqdı. Ofşorlarda böyük miqdarda pul kütləsi yatıraraq ABŞ-da vergi ödəməkdən yayınan şirkətlərn biri də Citigroup bankıdır (65 milyard dollar). Hesabat müəllifləri bankın bu sayədə 12,5 milyard dollarlıq vergi ödənişindən qurtulduğunu yazır.

Hesabatda ofşor şöbələrində iri pul kütləsi saxlayan başqa şirkətlərin adları hallanır.  Bunların arasında Pfaytser  (193 milyard), PepsiCo (40 milyard), Goldman Sachs (28,6 milyard), Google (58 milyard) kimi tanınmış firmalar da var.

Ümumən nəhəng korporasiyaların ofşorlarda saxladıqları pul kütləsinin həcminin 2,5 trilyon dollardan çox olduğu qeyd edilir. Elə buna görə də hesabat müəllifləri ABŞ büdcəsinin 713 milyard dollardan məhrum olduğunu yazırlar.

Hesabatda qanunvericilikdə şirkətlərin öz gəlirlərini ofşorlara ötürməsinə şərait yaradan boşluqların düzəldilməsinin vacibliyi də vurğulanır.

Vaqif Hüseyn, Musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300