fuad-qehremanli-enyeni

AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya qarşı cinayət işi qaldırılıb. Lakin işin motiv barədə məlumat yoxdur. Bu barədə AXCP sədri Əli Kərimli feysbuk səhifəsində məlumat paylaşıb.

"Bu gün AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı evində həbs edilərək, Respublika Prokurorluğunun Ağır Cinayətlər İdarəsinə aparılıb. Fuad bəyin hansı cinayət işi üzrə prokurorluğa aparıldığı məlum deyil. Telefonla yalnız onu deyə bildi ki, ona qarşı cinayət işi qaldırılıb. Nə baş verdiyini hələlik heç bir dövlət orqanından öyrənə bilmirik. Ölkədə hüquqsuzluq o səviyyədədir ki, müxalifət partiyasının sədr müavinini, tanınmış siyasətçini sanki adam oğurlayırmışlar kimi, heç bir izahat, məlumat vermədən həbs edirlər. Fuad bəyə qarşı hansı ittihamı irəli sürürlər sürsünlər, aydındır ki, həmin ittiham saxta olacaq. Fuad bəyi ölkəmizin demokratikləşməsi uğrunda apardığı ardıcıl, prinspial mübarizəsinə görə həbs edirlər. Nə baş verməsindən asılı olmayaraq, AXCP-nin də, Fuad bəyin də mübarizəsi bu ölkədə demokratiya və azadlıqlar tam bərqərar olana qədər davam edəcək”, – deyə Əli Kərimli yazıb.(azadliq.info)

 

ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300