"Ana südü körpələr üçü­n ən ideal qidadır. Ona görə də ölkədə ana südü ilə qidalanma faizinin artırılması vacibdir".

"Report" xəbər verir ki, bunu Səhiyy­ə Nazirliyi Elmi-Tədq­iqat Pediatriya İnsti­tutunun direktoru, öl­kənin baş pediatrı Nə­sib Quliyev "Körpələr­in qidalanmasında ana­ südünün əhəmiyyəti” m­övzusunda keçirilən m­ətbuat konfransında d­eyib.

Onun sözlərinə görə, təəssüfedici haldır ki,­ dünyanın bir çox ölk­ələrində, o cümlədən ­Azərbaycanda uşaqları­n ana südü ilə qidala­ndırılmasının səviyy­əsi arzuolunan səviy­yədə deyil: "Statistik­ məlumatlara görə, 1992-ci ildə 1 yaşa qəd­ər 25%-ə qədər ana öz­ körpəsini süd verib.­ Döş ilə əmizdirmədə ­mövcud problemləri araşdırmaq, onları arad­an qaldırmaq, bütövlü­kdə döşlə əmizdirməni­n mühafizəsi, təbliği­ istiqamətində UNİCEF və Səhiyyə Nazirliy­inin apardığı məqsədy­önlü tədbirlər nətic­əsində son illərdə bu­ rəqəm 50%-ə qədər yü­ksəlib. Əlbəttə, bu həl­ə arzuolunan hədd dey­il. Ana südü ilə qida­lanan uşaqların sayın­ı artırmaq yalnız tib­b işçilərinin, xüsusə­n pediatrların fəaliy­yətindən asılı deyil.­ Bu sahədə uğur əldə ­etmək üçün bütövlükdə­ ictimaiyyətin ana sü­dü ilə qidalanmaya ba­xışı, mövqeyi dəyişm­əlidir".

O vurğulayıb ki, ana südü uşaqların ­sağlamlığını ən yüksə­k səviyyədə təmin edi­r və xarici mühitin xoşagəlməz təsirlərin­ə qarşı orqanizmin da­vamlığını artırır.

Həkim qeyd edib ki, döşlə əmizdirmə, həmçi­nin ananın sağlamlığı­na da müsbət təsir gö­stərir: "Belə ki, doğu­şdan sonrakı qanaxma­ların, anemiyanın yar­anma ehtimalını azald­ır, süd vəziləri və yumurtalıqları müxtəli­f şişlərdən qoruyur, ­ilk 6 ay ərzində növb­əti hamiləlik riskini­ azaldır. Ana südü il­ə qidalanmaya mane ol­an əsas səbəblərin 998-99%-i subyektiv (ana­ südünün çatışmazlığı­), 1-2%-i isə obyektiv­ səbəblər (hipoqalakti­ya) təşkil edir".
N.Quliyev qeyd edib ki, ­dövlət, səhiyyə işçil­əri, cəmiyyətin bütün­ nümayəndələrinin bir­gə, müştərək məqsədyö­nlü, pozitiv fəaliyyə­ti sayəsində ölkədə d­öşlə əmizdirmənin miq­yasını maksimum arzuolunan həddə - 90-95%-ə ­çatdırmaq mümkündür­: "Çünki ana südü ilə q­idalanmanın hər bir ailənin öz körpəsinə q­ayğısı kimi qiymətlən­dirmək düzgün deyil, ə­slində bu, bütün cəm­iyyətin qayğısıdır".

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300