Rusiya Prezidenti Vladimir Putinin ölkənin ən yaxşı müəllimləri ilə görüşü zamanı əmək haqqı barədə sualı çaşqınlıq yaradıb.
 
Moderator.az-ın xəbərinə görə, bu barədə RT nəşri məlumat verir.
 
İlin müəllimi adına layiq görülən Aleksandr Şaqalov dövlət başçısının sualını cavablandırmaqda çətinlik çəkib. O, Putinin sualına birbaşa cavab verməkdən yayınıb: "Maaşlar müxtəlif olur, bu mənim və şagirdlərimin nailiyyətlərindən asılıdır. Orta aylıq əmək haqqı 25-30 min rubl arasında olur”.
 
Vladimir Putin isə onun cavabını belə şərh edib: "Aleksandr Mixayloviç, mən axı sizdən əl çəkməyəcəyəm. Ən yaxşısı odur ki, mənə nə qədər maaş aldığınızı deyin”.
 
Nəticədə rus dili və ədəbiyyat müəllimi olan Şaqalov ötən il 27 min rubl maaş aldığını söyləyib.
 
Rusiya prezidenti isə qeyd edib ki, bu məbləğ müəllimlərin orta əmək haqqından (Rusiyada 2015-ci ildə 32,5 min rubl) aşağıdır.
 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300