Türkiyə Baş nazirinin müavini Numan Qurtulmuş İraq parlamentinin türk ordusunun Başika düşərgəsindəki fəaliyyətini qəbuledilməz saymasına münasibət bildirib.
 
Axar.az xəbər verir ki, Qurtulmuş İraq tərəfinə, eləcə də dünya ictimaiyyətinə Mosulun işğalını xatırladıb.
 
"Türkiyə Mosulun işğalından sonra məcbur qalıb Başikaya ordu yeritdi. Mosul İŞİD tərəfindən işğal olunanda İraq hökuməti harada idi? Eyni zamanda, İraqın bir çox şəhəri işğal olunanda beynəlxalq ictimaiyyət hara baxırdı? Bizim Suriya və İraqdakı varlığımızın altında heç bir işğalçılıq niyyəti yoxdur. Türkiyə İraq ilə terrorçuların məhv edilməsi istiqamətində istənilən işbirliyinə hazırdır. Başika məsələsində isə hər hansı mübahisə ola bilməz. Türkiyə buna imkan verməyəcək”, - deyə Numan Qurtulmuş son nöqtəni qoyub.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300