Komitəyə tanınmış ziyalı Eldəniz Quliyev rəhbərlik edir

Rüfət Səfərovun Hüquqlarını Müdafiə Komitəsi yaradılıb. Bu barədə Moderator.az-a müdafiə komitəsinin rəhbəri, Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev bildirib. E.Quliyevin sözlərinə görə, müdafiə komitəsi öz fəaliyyətini R.Səfərovun azadlığa çıxacağı günə qədər davam etdirəcək:

"Çox təəssüf ki, öz azad fikrinə, ədalətli mövqeyinə görə, təzyiqə məruz qalan insanların sayı günbəgün artır. Bunlardan biri də öz xoşu ilə vəzifəsindən istefa verən, firavan həyatından imtina edən Rüfət Səfərovdur. Ictimai rəydə onun adı kifayət qədər hallanır. Sadəcə vəzifəsindən uzaqlaşaraq ədlətin yanında qərarlaşdığına görə ona adekvat olmayan cəza tətbiq olunub. Bu ədalətsizlik bütün ölkənin, bütün dünyanın gözü qarşısında baş verdi. Hamı bilir ki, bu siyasi motivli bir həbsdir. Ona 9 illik həbs cəzası veriblər.

 

eldeniz-quliyev-yeni

Mən Azərbaycan Ziyalılar Birliyinin rəhbəri olaraq bu cür haqsızlığa biganə qala bilmədim və R.Səfərovun müdafiəsinə qoşulmaq qərarına gəldim. Bu gündən etibarən Təşkilat Komitəsinin məsləhətləşmələrini aparacayıq. Onlarla insan Rüfət Səfərovun Hüquqlarını Müdafiə Komitəsinə üzv olmaq üçün mənə müraciət edib. Mən istəyirəm ki, bu komitədə həqiqətən də ləyaqətli insanlar təmsil olunsun. Ictimaiyyət də bilsin ki, "Rüfət Səfərova azadlıq!” şüarı altında müstəqil insanlar – ziyalılar, hüquqşünaslar, mütərəqqi fikirli insanlar Rüfət Səfərovun hüquqlarını Müdafiə Komitəsinda bir araya gələcək. Biz R.Səfərovun azadlığına nail olana qədər bütün qanuni-hüquqi yolların hamısından bu məqsədlə istifadə edəcəyik”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300