İran prezidenti Həsən Ruhani Vyetnam prezidentinin dəvəti ilə sentyabrın 5-də  Hanoya səfər edəcək.
 
APA-nın Tehran bürosunun məlumatına görə, səfər zamanı iki ölkənin prezidentləri Həsən Ruhani və Çan Dai Quangın iştirakı ilə keçiriləcək geniş tərkibli görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi yolları müzakirə ediləcək.
 
İkigünlük səfər çərçivəsində İran və Vyetnam arasında bir neçə əməkdaşlıq sənədinin imzalanacağı gözlənilir. Prezident Ruhanini Vyetnama səfərdə İranın özəl sektorunu təmsil edən  böyük nümayəndə heyəti müşayiət edir.
 
Qeyd edək ki, Vyetnam prezidenti 14 mart 2016-cı ildə  prezident Ruhaninin dəvəti ilə İranda səfərdə olub.
 
İki ölkənin ticarət dövriyyəsi 2015-ci ildə 107 milyon dollar təşkil edib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300