Bu gün səhər azadlığa buraxılan vicdan məhbusu, Müsavat başqanının müavini Fərəc Kərimli artıq evindədir. Doğma ocağında onu ailə üzvləri ilə yanaşı, Müsavat rəhbərliyi – partiyanın başqanı Arif Hacılı, MSDM sədri İsa Qəmbər, başqanın müavinləri Gülağa Aslanlı, Elman Fəttah, Tofiq Yaqublu, Səxavət Soltanlı, vəkil Nemət Kərimli, MGT üzvləri və digər dostları qarşıladılar.

Fərəc Kərimli "Basta” əməkdaşı ilə söhbətində bildirdi ki, amnistiya aktı qəbul ediləndən sonra da onun 4 aya yaxın həbsdə saxlanması referendumla bağlı olub.

"Mənim cəza müddətim Ali Məhkəmənin qərarı ilə azaldılandan sonra amnistiyanın mənə də tətbiq ediləcəyi dəqiqləşdi. Həmin vaxt məni 14 saylı cəzaçəkmə müəssisəsinə etap etdilər və bildirdilər ki, 10-15 günə azad olunacaqsan. Amma bu ərəfədə referendum təyin olunduğu üçün plan dəyişdi. Yəgin ki, mənim referendum vaxtı azadlıqda olmağımı istəmədikləri üçün amnistiyanın mənim barəmdə icrasını yubatdılar”, – Fərəc Kərimli dedi.

Fərəc Kərimli bildirdi ki, azad olunacağı haqda xəbəri onun özünə bu gün səhər deyiblər.

"Səhər idmanında idim. İdmanı bitirdikdən sonra dedilər ki, hazırlaş, 10 dəqiqədən azadlığa çıxırsan”.

Planların nədir, sualına cavab verən Fərəc Kərimli bunları dedi:

"Doğma Müsavatda fəaliyyətimi davam etdirəcəm. Xeyli dincəllmişəm və ciddi planlarım var. Bu planları həyata keçirəcəm.”

Ramin Deko, Bastainfo.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300