Müsavat Nərgiz Yaqublunun adına mükafat təsis etdi
 
Dekabrın 7-də Müsavat Partiyası Divanının iclası keçirilib. Partiyadan verilən xəbərə görə, Divanın iclası "Günəşli” yatağındakı neft platformasında dənizdə baş verən faciədə həlak olanların xatirəsinin yad edilməsi ilə başlanıb.

İlkin olaraq qərarların icrası və görülən işlər barədə verilən məlumatlar dinlənilib.
Neft platformasında baş verən faciəli hadisə geniş müzakirə olunaraq faciənin bütün Azərbaycan xalqını matəmə qərq etdiyi vurğulanıb. Hakimiyyətin ölkə üzrə vətəndaşların taleyinə və təhlükəsizliyinə sərgilədiyi biganə münasibəti, Dövlət Neft Şirkətinin öz işçilərinin həyatına qarşı laqeydliyi qeyd edilib. 

Müsavat Partiyasının Divanı baş verən faciədə həlak olanların ailə üzvlərinə, yaxınlarına başsağlığı verib, faciəyə səbəb olan hadisənin ciddi araşdırılmasını və məsul şəxslərin məsuliyyətə cəlb edilməsini tələb edib. 

Divan gənc yaşında dünyasını dəyişən Müsavat Partiyasının fəalı Nərgiz Yaqublu adına "Nərgiz” mükafatının təsis edilməsi haqqında ictimaiyyətdən, gənclər təşkilatlarından və Nərgizsevərlərdən gələn təklifləri onun ailə üzvləri ilə birlikdə müzakirə edərək, mükafatın təsis edilməsini məqsədəuyğun hesab edib. Müzakirələrin yekununda nüfuzlu ictimai şəxslərdən və gənclərdən təşkil olunmuş 11 nəfərdən ibarət  Mükafat Komissiyasının yaradılması haqqında qərar qəbul edilib. Divan eyni zamanda "Nərgiz” mükafatının əsasnamə layihəsinin, komissiya üzvlərinin təkliflərinə və Mükafat Komissiyasının müzakirəsinə açıq olmaqla əsas kimi qəbul edilməsi haqqında qərar qəbul edib.

Xəbərdə sonra deyilir ki, Divan Azərbaycanda və dünyadakı ictimai-siyasi prosesləri geniş müzakirə edib. Türkiyə-Rusiya münasibətlərində yaranan gərginlik, Suriyada genişlənən döyüş əməliyyatları və dinc əhaliyə qarşı artan zorakılıq halları, Rusiyanın geniş coğrafiyada sülhə zərbə vuran hərbi avantüraları, o cümlədən regionda artan siyasi gərginlik şəraiti, Türkiyə Cümhuriyyətinin baş naziri Əhməd Davudoğlunun Bakı səfəri və onun açıqlamaları dəyərləndirilib. Azərbaycan hakimiyyətinin bütün hallarda regional və beynəlxalq siyasi məsələlərdə dövlətin milli təhlükəsizlik və xarici siyasətini Türkiyə dövləti ilə uzlaşdırmasının zəruriliyi vurğulanıb. 

Divan "Polis haqqında” Qanuna edilən və polislərə silahdan istifadəyə daha geniş imkanlar yaradan dəyişiklikləri təhlükəli addım kimi qiymətləndirib.

Sonda cari məsələlərə baxılıb.

E.Seyidağa
Musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300