Qaxın Qum kəndində yaşayan Mahmud Hacıyev motosiklet və maşının detallarından istifadə edərək yeni nəqliyyat vasitəsi düzəldib.

Trend "ARB Şəki"-yə istinadən xəbər verir ki, 8 ildir qaynaqçı işləyən Mahmudun dediyinə görə, bu nəqliyyat vasitəsini düzəltmək ona 7 aya başa gəlib. Əsasən, jiquli və motosiklet detallarından ibarət olan bu texnika 1.3 motor gücünə sahibdir və saatda 120 km sürətlə hərəkət edə bilir.

M.Hacıyevin dediyinə görə, texnikanın vasitəsilə dağ kəndlərində kənd təsərrüfatı işlərini görmək onun üçün xeyli asanlaşıb.

M.Hacıyev nəqliyyat vasitəsinin adını "YOMO" - yəni yolsuzluq motosikleti qoyub.

Texnikanın ərsəyə gəlməsi üçün o, 1900 manat dəyərində pul xərcləyib. Amma nəqliyyat vasitəsini sənədləşdirmək mümkün olmadığı üçün ondan istifadə etmək də çətinlik yaradır.

Bu, M.Hacıyevin düzəltdiyi üçüncü texnikadır.




Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300