Vüqar Əhməd: "İçki ilə yazılan şeirdən araq, kabab iyi gələr”

Şərif Ağayar: "Azərbaycanda içkinin məhv elədiyi böyük bir istedadlar nəsli də var”

Mirzə Sakit: "İçməyən şair yumurtlamayan toyuğa bənzəyər”

Azərbaycanda şairlik ilə içkini birgə, paralel görənlər kifayət qədərdir. Müşahidələr göstərir ki, məclislərdə şairlər, yazıçılar həddindən artıq içirlər.  

Bəzən fikirlər səslənir ki, "şairsənsə, mütləq içməlisən”, "şairliklə içkinin arasında hansısa mistik əlaqə var”, "içki, şərab şairə ilham, təb gətirir, duyğulandırır” və sairə. O da məlumdur ki, bir çox qələm sahiblərinin yaşayış tərzinə çevrilib. Bəs görəsən səbəb nədir; şairlər niyə içir? Bunun hansısa xüsusi sirri varmı?   

vüqar əhməd ile ilgili görsel sonucu

Şair Vüqar Əhməd ən böyük əsərlərin ayıq vaxtın məhsulu olduğunu qeyd etdi: "Məhəmməd Füzuli ən böyük eşqini Allahdan almışdı. Nizami Gəncəvi şeyx olmuşdu, məgər dahi şairimiz əsərlərini içib yazmışdı? Yaxud Seyid Əzim Şirvani?... 

Dünya klassikasının, Azərbaycanın ən böyük simaları yaratdıqları ən gözəl əsərləri içmədən yazırlar. Doğrudur, bəzi şairlər var ki, içmədən onlara ilham gəlmir və ya təbi narkotikdən alırlar. Lakin mən bununla razılaşmıram. Təbiətdən də ilham gələ bilər. Gərək o saxta içkidən təbi gətirəsən? 

Bəzən Əliağa Vahidin içərək gözəl qəzəllər yazdığını deyilir. Amma bu barədə Rafael Hüseynov da yazıb ki, Vahid çox vaxt Bağırova görə özünü içkili göstərirmiş. Bir dəfə Vahid ayıq vəziyyətdə küçədə gedəndə yaxınlıqda Bağırovun adamları keçirmiş və şair özünü içkili göstəribmiş. Soruşurlar ki, sən niyə özünü divarlara vurub sərxoş kimi göstərirsən? O da cavabında deyib ki, qoy elə məni sərxoş bilsinlər. Vahid çox vaxt ən gözəl şeirlərini ayıq vaxtında yazıb. Sadəcə yeyib-içən, içkiyə meylli adam olub. Və yaxud Ramiz Rövşən bizim çox gözəl şairimizdir, bəyəm o, şeirlərini içib yazıb? Mənə elə gəlir ki, içki ilə yazılan şeirdən araq, kabab iyi gələr”.

şərif ağ ile ilgili görsel sonucu

Yazıçı Şərif Ağayar şairi içkiyə bağlamağın sovet ənənəsi olduğunu bildirdi:  "Bir çox şairləri repressiyadan içki xilas edib. Yəni, içdikləri üçün vətən xaini damğasına "layiq bilinməyiblər”. Lakin istərdim, biz sovet dövrünün saçları dağınıq şairlərindən yox, Nizami Gəncəvidən nümunə götürək. Düşünmürəm ki, içkisiz alınmaz. Doğrudur, bəziləri deyir, içki onlara kömək edir. Mənim fikrimcə böyük əsərlər tamamilə ayıq düşüncənin məhsuludur. 

İçki içmək hər kəsin öz seçimidir. Şairlərin, ümumən, sənət adamlarının içməsi daha çox onların yüksək həssaslığı ilə bağlıdır. Rəssamlar, aktyorlar, jurnalistlər şair-yazıçılardan da çox içirlər. İçki insana hansısa gərginlikdə keçici kömək edə bilir. Həmişə etmir. Əksinə, ifrata varanda, daha böyük depressiyalar gətirir. Arzulayardım ki, yaradıcı insanlar içkidən aldığı ləzzəti və rahatlığı kitablardan, mütaliədən, yazmaqdan alsınlar. Böyük əsərlər yalnız bu cür yaradıla bilir. Dünyada, xırda istisnalarla, içki aludəsi olmayan yazıçılar daha böyük sənət əsərləri yaradıblar. Məsələn, Tolstoy, Nizami və s. İçki düşkünü olanlar əsasən kiçik həcmli əsərlər yazıblar ki, vurmağa da vaxt qalsın. Sergey Yesenin, Əliağa Vahid kimi...

Azərbaycanda içkinin məhv elədiyi böyük bir istedadlar nəsli də var. Bunu da unutmamalıyıq.  Məncə, böyük əsərlər yaratmaq iqtidarında olan yaradıcı insanlar təkcə içkidən yox, heç bir zərərli vərdişdən asılı olmamalıdır. Yaradıcılıq üçün sağlam bədən, xüsusilə, sağlam əsəb və möhkəm iradə lazımdır. Yaradıcılıq əsəblərə mizrab çəkmə prosesidir. Əsəblər və iradə o qədər möhkəm olmalıdır ki, ruhi sarsıntılardan keçə biləsən. Böyük əsərlər möhkəm iradə, sağlamlıq tələb edir”.

mirzə sakit ile ilgili görsel sonucu

Belçikada yaşayan satirik şair Mirzə Sakit isə mövzuya bu cür şərh verdi: "Bu sualın cavabı çox da mürəkkəb deyil. Adətən, şairlər hər zaman narahat olurlar, cəmiyyətdə baş verən neqativ hallara, dünyanın qeyri-standart ölçülərinə biganə qala bilmədiklərinə görə narahatlıqdan stresslər yaşayırlar. O stressi bir anlıq dəf etmək üçün şəraba əl uzatmalı olurlar. (zarafatla) İkincisi də bəli, şərab içməyən şair yumurtlamayan toyuğa bənzəyər”//Xalidə Gəray-musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300