Modern.az saytının "Bir şəklin tarixçəsi” rubrikasında yayımladığı bu foto 1991-ci ildə çəkilib. Zaman – 29 avqust1991-ci il. Məkan – Elçibəyin qardaşı Almurad Əliyevin evi…
6 gün öncə – 23 avqust (1991) mitinqində yaralanmış Azərbaycan Xalq Cəbhəsinin lideri, gələcək prezident Əbülfəz Elçibəy qardaşının evinə sığınıb.
O zaman xalq hərəkatının lideri Elçibəyin başını kimin yardığı kütlə arasında müzakirə olunur, hamının qınadığı o şəxslə bağlı şayiələr yayılırdı. Kimi deyirdi o, mülki şəxsdir, kimi deyirdi məmur…
Gerçəkdə isə Elçibəyə əl qaldıran o şəxs Xüsusi Təyinatlı Milis Dəstəsinin (OMON) əməkdaşı idi.

Məlumatına görə, Əbülfəz Elçibəyin silahdaşları onun başını yaran OMON-çunun adını açıqlamasalar da, olayla bağlı maraqlı əhvalat danışıblar.
Belə ki, Elçibəy prezident seçiləndən sonra bir qrup hərbçi qərara alır ki, yığışıb onun qəbuluna getsin. Məqsəd də bir il öncə onun başını yaranı OMON-çunu işdən qovdurmaq olub…
Hərbçilər çətinliklə də olsa, Elçibəylə görüşürlər… Məsələni bilən Elçibəy yanına gələn hərbçilərə hirslənir: "Qardaşlar əsgər əsgəri satmaz, çalışın belə etməyin…” deyib onları yola salır.
Elçibəy yola saldığı hərbçilərə öyüd-nəsihət də verir ki, həmin OMON-çunun adını orda-burda hallandırmasınlar.
Əbülfəz Elçibəy həmin OMON-çunu işdən qovdurmasa da, o, prezidentlikdə gedəndən sonra adam uzun müddət görəvdə qala bilməyib. Şahidlərin sözlərinə görə, Bakı OMON-unun əməkdaşı olan həmin şəxsi işdə yol verdiyi ciddi nöqsanlara görə öz komandiri qovub…
Deyilənə görə, adamın işi həyatda da düz gətirməyib və sonralar çox pis durumlara düşüb…

 

c823d27b-58e2-4394-8305-b045084c7286_mw8001475480622

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300