Ötən ilin 24 noyabr tarixində yaşanan təyyarə böhranından sonra türk vətəndaşlarına edilən viza tətbiqinə yenidən başlayan rəsmi Moskva geri addım atıb.
 
 Rusiya İqtisadiyyat Nazirliyi türkiyəli iş adamlarına tətbiq edilən viza rejiminin ləğvi üçün Rusiya Xarici İşlər Nazirliyinə müraciət edib.
 
İqtisadiyyat nazirinin müavini Aleksey Lixaçyev açıqlamasında Türkiyədən də eyni addımı gözlədiklərini vurğulayıb:
 
"Biz həmçinin Rusiya Xarici İşlər Nazirliyindən tələb etdik ki, rus iş adamlarının Türkiyəyə vizasız səyahət edə bilməsi üçün Türkiyə Xarici İşlər Nazirliyi ilə müvafiq razılıq əldə etsinlər".
 
Xatırladaq ki, bu il avqust ayının əvvəllərində Türkiyə ilə Rusiya arasında əlaqələrin yaxşılaşdırılması çərçivəsində ticarət və turizm sahəsinin vacib olduğunu qeyd edən Rusiya prezidenti Vladimir Putin vizasız səyahətin yenidən gündəmə gələcəyini vurğulamışdı.//olke.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300