Astara rayonunda  iribuynuzlu mal-qara arasında mənşəyi məlum olmayan xəstəlik yayılıb.

 APA-nın cənub bürosunun məlumatına görə, xəstəlik bir aya yaxındır ki, rayonun əksər  kəndlərində müşahidə olunmaqdadır. Heyvanların bədənində düyünlər yarandığı, qidalana bilmədikləri bildirilir. Bu hala daha çox rayonun Şiyəkəran kəndində rast gəlinir. Yerli sakinlərin sözlərinə görə, xəstəlik kənddəki əksər şəxsi təsərrüfatlarda yayılıb.
Ümumilikdə kənddə xəstə heyvanların sayı 100-dən artıqdır. Sakinlərin sözlərinə görə, heyvanlar arasında ölüm faktları da qeydə alınıb. Xəstəliyə tutulmuş heyvanlara edilən müalicələrin isə heç bir nəticə vermədiyi bildirilir.
 
Yerli baytarlar sakinlərə profilaktik tədbirlərin aparılmasını məsləhət görüblər.
 
Astara Rayon Baytarlıq İdarəsinin rəisi Mübariz Axundovun verdiyi məlumata görə, heyvanlar arasında yayılmış xəstəliyə səbəb sakinlər tərəfindən onların gecələr də örüş sahəsində saxlanmasıdır. Xəstəliyin dəqiq səbəbləri isə hələlik bilinmir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300