Türkiyənin ən böyük özəl media qruplarından olan Doğan Media qrupun baş icra rəhbəri Mehmet Ali Yalçındağ istefa verib. Buna səbəb onunla prezident Erdoğanın kürəkəni, enerji naziri Berat Albayrak arasında iddia olunan yazışmanın e-maillərdir. Həmin e-mailləri Redhack adlı haker qrupu ələ keçirib və bir hissəsini çap edib.

E-maillərə görə, xalq arasında müstəqil hesab olunan Doğan qrupunun rəhbəri prezidentin kürəkəninə söz verir ki, verilən məlumatlar, onların işıqlandırılması hökumətpərəst yönümdə olacaq.

Doğan Qrupuna Hürriyyət qəzerti , Kanal D televiziyası, CNN-Türk daxildir.

Yeri gəlmişkən, Yalçındağ da Doğan qrupunun sahibi Aydın Doğanın kürəkənidir.

Yalcındağ Hürriyyət qəzetində dərc olunan bəyanatında bildirir ki, e-maillər ona aid deyil, "texniki analiz göstərib ki, e-mailləri o yazmayıb və bunlar onun kompeterindən göndərilməyib”.

Yalçındağ bu hadisəni "saxtakarlıq” adlandırır, bununla belə istefa verib.

Aydın Doğan Yalçındağın qərarını dəstəkləyib.

O bildirib ki, "mən qəti şəkildə mənim kürəkənimə və bizim ailəyə qarşı bu qanunsuz və əxlaqsız hücumu pisləyirəm”

Doğan media qrupunun tərkibində olan medialar 15 iyul çevriliş cəhdindən sonra Erdoğanı dəstəkləyir. (azadliq.org)


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300