Neftçala rayonundan olan bir qrup fermer bölgədəki özbaşınalıqları faktlarla Nia.az saytına müraciət edərək danışıblar.

İcra başçısının təzyiqlərilə üzləşəcəklərinə görə müraciət müəllifləri adlarının açıqlanmamasını istəyiblər.

Müraciətdə deyilir ki, ölkə prezidenti İlham Əliyev kənd təsərrüfatı istehsalçılarına buğda və arpa əkini üçün subsidiyaların verilməsində şəffaflığın təmin edilməsinə göstəriş versə də, Neftçala rayonunun icra başçısı buna məhəl qoymur.

İcra başçısının pul yığan əli Kənd Təsərrüfatı Nazirliyinin Neftçala rayon laboratoriya idarəsinin müdiri Mustafa Əliyev, dövlətə məxsus qış otlaq (örüş) sahəsinə aid olan 200 hektar, Masallıdan olan Rafil Həsənovun (Rafil Həsənov Əslən Masallıdandır) rayonda 600 hektar qış otlağı torpaq sahəsinə malikdir. Bundan əlavə Mustafa Əliyev 90 hektar qudasının adına örüş torpağa və 120 hektar (Naxçıvanlı Akif kimi tanınan birinin adına Tatraməhlə kəndində)  örüş arpa sahəsini buğda əkini kimi göstərərək subsidiyalar yazmışdır.

Kənd təsərrüfatına ayrılan subsidiyaların aidiyyatı qurumlardakı ayrı-ayrı məmurlar tərəfindən mənimsənilməsi artıq adi hala çevrilib. Ölkəmizin tarixən aqrar bir ölkə olması və aqrar sektorun hərtərəfli inkişafı üçün məmləkətimizdə geniş imkanların mövcudluğu, indiki şəraitdə bu sahəyə daha ciddi yanaşmanı zəruri edir. Dövlət aqrar sektorun inkişafı üçün milyardlarla manat vəsait ayırsa belə, əgər onun istifadə mexanizmində ciddi dönüş etməklə şəffaflıq təmin olunmasa, burada ayrılan vəsaitlərin səmərəli istifadəsindən söhbət belə gedə bilməz”.

Qeyd olunan insanlar arpa və buğda əkmədikləri halda aldıqları subsidiyaların 50%-ni Mustafa Əliyevə verərək, qalan 50%-ni qənimət hesab edirlər, – deyə fermerlər qeyd edir.

Dövlət bu pulu fermerlərə verir, məmurlara yox. Kənd Təsərrüfatı Nazirliyi bu sahəyə ciddi nəzarət etmir. Yəni subsidiyaların ayrı-ayrı məmurlar tərəfindən mənimsənilməsinin qarşısını almaq üçün heç nə etmir.

Qeyd edək ki, kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2007-ci ildən başlayaraq subsidiya verilir. Qaydalara görə, sərf olunan yanacaq və motor yağlarının dəyərinin müəyyən qismini qarşılamaq üçün fermerlərə ödənən vəsait buğda əkinləri üzrə 80 manat, arpa əkinləri üzrə 50 manat təşkil edir. Bundan əlavə, fermerlərə mineral gübrələr 50 faiz güzəştli qiymətlərlə satılır. Fosfat gübrələrinin satışında dövlətin yardımı 70 faizə çatır.//nia.az

 

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300