Konstitusiyaya dəyişikliklərin referendumdan öncə dərsliyə salınmaqlığı…

"26 sentyabr 2016-cı il Konstitusiya dəyişiklikliyi ilə yeni 1-ci vitse-prezident, vitse-prezidentlər vəzifələri yaranmışdır. Bu islahatlar idarəetmənin dəyişməsinə gətirib çıxarmışdır. Belə ki, Konstitusiya dəyişikliytinə qədər AR Prezidenti vəzifəsini icra edə bilmədikdə onun səlahiyyətləri AR Baş Nazirinə keçirdisə, dəyişiklikdən sonra birinci vitse-prezidentə keçdi”.

Bu sitat bu günlərdə çapdan çıxmış inzibati hüquq dərsliyindəndir. Məsələ ondadır ki, Konstitusiyaya dəyişikliklər həftənin bazar ertəsi – sentyabrın 26-da səsverməyə çıxarılıb. Mərkəzi Seçki Komissiyası ilkin rəyi açıqlasa da, yekun rəy 10 gün ərzində açıqlanmalıdır. Yalniz bundan sonra Konstitusiyaya dəyişikliklər hüquqi qüvvəyə minir. Amma dərslik müəllifi, Bakı Dövlət Universiteti "Konstitusiya kafedrası”nın dosenti Sübhan Əliyev artıq əvvəlcədən – xalq səsverməsinin nəticələri elan olunmazdan öncə dərsliyə daxil edib. Niyəsini müəllifin özü AzadlıqRadiosuna müsahibəsində deyir.

Sübhan Əliyev

Sübhan Əliyev

– Sübhan müəllim, inzibati hüquq dərsliyinin müəllifi sizsiniz?

– Bəli, mənəm.

– Siz referenduma çıxarılan təklifləri o dərsliyə səsvermənin nəticələri elan olunmazdan öncə daxil etmişiniz…

– Xeyr, xeyr! Elə şey olmamışdı. Çapa hazırlanmışdı. Referendumdan sonra çap olunub.

– Nə vaxt?

– Referendumdan sonra.

– Referendum bu bazar ertəsi keçirilib. Amma kitab sentyabrın 28-də artıq əllərdə idi…

– Bu həftə olub referendum. Artıq qəbul olunub.

– Amma hələlik təsdiqlənməyib.

– Xalq səs verdi.

– Birdən xalq səs verməyəydi, onda necə?

– Qəbul olundu da. 10 gün ərzində MSK da təsdiqləyəcək. Təsdiqləməyi artıq… MSK artıq elan etdi ki, səsverməyə çıxarılan müddəalar artıq səs çoxluğu ilə qəbul olunub.

– Amma 10 gün tamam olmayıb. MSK hələ son nəticəni açıqlamayıbsa, deməli, rəsmən təsdiqləməyib.

– On gün tamam olmasa da, ilkin nəticələr məlumdur. Ona görə də biz müəyyənləşdirdik ki, kitabı çapa verə bilərik. Yəni, hamı artıq qəbul olunmuş sayır da. Bütün mətbuat qəbul edir.

– Kitabı nə zaman çapa vermisiniz?

– Sentyabrın 27-də verdim artıq. Sentyabrın 26-da axşam mən nəticələrə baxdım, Məzahir Pənahov ilkin nəticələri elan etdi, 27-də kitabı verdim çapa.

– Bu gün sentyabrın 30-dur. Bizdə kitab haqqında iki gündür məlumat var. Bir gecəyəmi çap edildi?

– Üç günə çap olunur kitab. Bizim öz nəşriyyatımızdır – Bakı Dövlət Universitetinin nəşriyyatı. İki-üç günə çap edir. Hətta iki günə çap edir…

– Bunun redaktəsi, korrektəsi, üz qabığının hazırlanması da var, axı…

– Redaktəni əvvəldən etmişdik. Biz, sadəcə, nəticələri gözləyirdik. Elan olunan kimi verdik çapa.

– Yəni siz əvvəldən dəyişikliklərin qəbul ediləcəyini bilirdiniz…

– Yox, bilmirdim. Mən xalqın iradəsini gözləyirdim. Onu da MSK elan etdi. Mən də artıq redaktə etmişdim, kitab hazır idi. Amma çapa verməmişdim. Gözləyirdim ki, bəlkə xalq hansısa müddəanı qəbul etməyəcək. Sonra da qəbul edildi.

– Nə qədər tirajla çap olunub kitab?

– Xırda kütlə üçün nəzərdə tuulub. 10 dənə, 20 dənə… Bax belə, özüm üçün çap etmişdim. Kütləvi çapa verməmişəm.

– Dərslik olduğundan, yəqin, universitetin sifarişidir?

– Yox, könüllü çap etmişəm. Özüm üçün. Universitetin nəşriyyatına müraciət edirik ki, müqavilə əsasında kitabım olsun… Universitetin kitabı deyil bu. Özüm üçün… Müəyyən tələbələrə vermək üçün…

– Hər halda, rəsmi nəticələri gözləmək olardı.

– İlkin nəticələr var da…

"Dəyişikliklərin hüquqi qüvvəsi ilə bağlı təhrifə yol verib”

Hüquqşünas Ələsgər Məmmədli bildirir ki, Konstitusiyaya dəyişikliklər MSK yekun rəyi açıqlayandan sonra qüvvəyə minəcək: "Rəsmi nəticə son nəticədir. Hazırda Konstitusiyaya dəyişikliklər hələ qüvvəyə minməyib. Ona görə də hüquqi qüvvəsi yoxdur. Belə deyək də, mənbə dəyişikliklərin hüquqi qüvvəsi ilə bağlı təhrifə yol verib”.

Azadliq Radiosu

referendum

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300