Sentyabrın 30-da Bakı şəhər Baş Polis İdarəsinə çağırılan bloqçu Mehman Hüseynovu orda haqq yoluna gəlməyə, özünü təhlükəyə atmamağa, gələcəyini düşünməyə dəvət edildiyini bildirir.

Polis idarəsindən çıxdıqdan sonra M.Hüseynov bildirib ki, idarəyə hazırlıqlı gedib.

"Rəisin otağına girən kimi şalvarın ciblərini çölə çıxartdım, oturdum. Polis işçisi gülərək sual verdi ki, niyə belə edirsən? Deyirəm, bu təzə dəbdir, özüm kəşf eləmişəm, şəhərdə belə gəzirəm. Polis idarəsinə də belə gəlmişəm. Fikirləşdim ki, birdən sehirli çubuğunuzu işə salıb, cibimdən "iqruşka”-zad çıxararsınız…

Mənə deyirlər ki, haqq yoluna gəl, özünü təhlükəyə atma, bu xalqa görə dəyməz nəsə eləmək, gələcəyini düşün, sənə işıqlı gələcək qura bilərik və s. Bu cür təklifləri, vədləri çox eşitmişəm. Hamısından dərhal imtina eləmişəm. Mənə onların heç nəyi lazım deyil”.

Bloqçu bildirir ki, polis idarəsində profilaktik söhbət 1 saat davam edib.

"Gördülər ki "ağıllanan” deyiləm, uzatmadan sərbəst buraxdılar”, M.Hüseynov qeyd edib.

Bloqçu parlamentin sentyabrın 30-da keçirilmiş iclasında idarəedicisi olduğu "Sancaq” səhifəsinin adının hallandırılmasının, ardınca polisə çağırılmasının təsadüfi olmadığını da bildirib.

"Mən heç bir qanunsuz işlə məşğul olmuram. Düşünürəm ki, mən doğru yoldayam, heç nə və heç kim məni bu yoldan döndərə bilməz”, bloqçu yazıb.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300