Əhməd Əhmədzadənin rəhbərlik etdiyi Azərbaycan Meliorasiya və Su Təsərrüfatları ASC olkədə mövcud olan ən iri strukturlardan biridir. ASC-yə 99 rayonlararası idarə,  3 stansiya , 3 təcrübə stansiyası, bir institut , 3 zavod, 3 işci qrupu , 2 quraşdırma və sazlama idarəsi və 25 melioservis idarəsi daxildir.

"Azmelsutəsərrüfat” ASC əsas məqsədi meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərmək, torpaqların su təminatını həyata keçirmək, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil etmək, bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirməkdən ibarətdir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Nizamnaməsinə uyğun olaraq respublikada iqtisadiyyatın müxtəlif sahələrini su ilə təmin edir, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil edir, suların istifadəsi və mühafizəsinə dövlət nəzarətini təmin edir, meliorasiya olunmuş torpaqlardan şor suların kənarlaşdırılmasını, sel və daşqın sularına qarşı mübarizə tədbirlərini həyata keçirir, yerüstü su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi baş sxemini, hövzə və ərazi sxemlərini müvafiq dövlət orqanları ilə birlikdə hazırlayır, transsərhəd su obyektlərindən istifadəni, meliorasiya və irriqasiya sistemlərinin dövlətlərarası birgə istismarını təmin edir, meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi üzrə sifarişçi funksiyalarını həyata keçirir. Cəmiyyət qarşısına qoyulan funksiya və vəzifələrini tabeliyində olan idarə, müəssisə və təşkilatlar vasitəsi ilə həyata keçirir.

Cəmiyyətin tabeliyində olan idarə, müəssisə və təşkilatlar müvafiq qanunvericiliyə uyğun olaraq yaradıla, yenidən təşkil edilə və ləğv oluna bilər. Cəmiyyətin tabeliyində olan idarə, müəssisə və təşkilatların rəhbərləri həmin idarə, müəssisə və təşkilatların məqsəd və funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Cəmiyyətin tabeliyində olan idarə, müəssisə və təşkilatlar bu Nizamnaməyə əməl etməli, öz fəaliyyətləri barədə Cəmiyyətə hesabat verməli, Cəmiyyət tərəfindən keçirilən tədbirlərdə və Cəmiyyət qarşısında duran vəzifələrin həllində iştirak etməli və qanunvericiliyə uyğun olaraq digər vəzifələri yerinə yetirməlidirlər.

İddialara görə, ASC- də, ölkənin ən böyük bəlası olan rüşvət və korrupsiya son dərəcə irimiqyaslı və mükəmməl qurulmuşdur.

Bu yazıda Yevlax suvarma sistemləri idarəsindəki rüşvət sistemi haqda məlumatları oxucularla bölüşmək istəyirəm. Müəssisədə 400-ə yaxın işçi fəaliyyət göstərir. 3 aydan bir əməkhaqqıya əlavə olaraq 15- 16 min manat vəsait ayrılır. Bildirilir ki, həmin vəsait tam olaraq işçilərdən yığılır. Yevlax rayonunda bu işə idarənin rəisi Minnət Mürsəlov və baş mühəndis Oktay Bədəlovun başçılıq etdiyi deyilir.

Yuxarıda qeyd etdiyimiz kimi , olkədə belə idarələrin sayı 99-dur. Bu iddialar doğrudursa, hər rübdə təkcə suvarma sistemləri idarələrindən 1,5 milyon rüşvət yığılır. Sel, daşqın, və digər təbii "fəlakətlərin” hesabına silinərək mənimsənilən vəsaitin miqdarının isə ölçüyəgəlməz olduğu bildirilir…

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Vaqif Davud

Bastainfo.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300