İranın Kərəc və Şiraz şəhərlərində bəhai dininə mənsub daha 14 nəfər tutulub, bəhailərə məxsus 4 mağaza möhürlənib.

 

İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Kərəc və Şiraz şöbələrinin əməkdaşları sentyabrın 28-də bəhailər, Şəmim Əxlaqi, Səhba Fərəhbəxş, Səhba Moslehi, Əhdiyə İnayəti, Məhyar Sefidi, Şadi Sadiq Əqdəm, Vərqa Kavyani, Məryəm İslami, Süruş İqani, Mərcan və Müjgan Qulampur, Fərid və Fərzad Şadman və Pərisa Ruhizadeqanı evlərində tutub naməlum istiqamətə aparıblar.

 

Bəhailərin evlərində yoxlama aparılıb, onlara məxsus bir sıra şəxsi əşyalar və bəhai dininə aid kitablar götürülüb. Tutulan bəhailərin hazırda harada saxlanıldığı və konkret nədə günahlandırıldığı haqda hər hansı bir məlumat yayılmayıb.

 

Bundan başqa, Kərəc şəhərində avtomobillərin ehtiyat hissələrini satan bir pasajda, bəhai vətəndaşlara aid dörd mağaza möhürlənib və onların fəaliyyətinin qarşısı alınıb.

 

Beynəlxalq Amnistiya Təşkilatının hesabatına görə, İranda 300 mindən çox bəhai yaşayır. İran Konstitusiyası bəhai dinini bir din kimi tanımır. İran İslam Respublikası bərqərar ediləndən bu ölkədə 200-dən çox bəhai edam olunub, onların dövlət idarə və qurumlarında işə götürülməsinə və sərbəst təhsil almasına qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb. (gunaz.tv)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300