16-20 oktyabr tarixində Şimali Kipr Türk Cümhuriyyətində ilk dəfə olaraq 1-ci Türk Dünyası Gənclər Forumu keçiriləcək. Forumla bağlı və media sahəsində qarşılıqlı əlaqələrin inkişafı məqsədi ilə ölkəmizdə qonaq olan Türk Birliyi Dayanışma Dərnəyinin başqanı Güven Arıklı və TBDD-nin vitse-prezidenti Tayfun Aydınlı, o cümlədən Azərbaycan-Kıpr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu "Azadinform” İnformasiya Agentliyini ziyarət edərək keçiriləcək tədbir haqqında məlumat verdilər.

Azadinform İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev Şimali Kiprlə ölkəmiz arasında media sahəsində müəyyən əlaqələrin yarandığını bildirdi. Baş redaktor ölkələrimizi arasında digər sahələrdə – təhsil və mədəniyyət sahələrində əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayaraq, orada azərbaycanlı tələbələrə müəyyən güzəştlərin edildiyini diqqətə çatdırdı.
300 min əhalisi olan Kiprin kiçik ölkə olmasına baxmayaraq, media sahəsinin inkişaf etdiyini qeyd edən Azərbaycan Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu dost və qardaş xalqların bir-birini tanıması üçün Azərbaycan və Şimali Kipr mətbuatı arasında qarşılıqlı əməkdaşlığın inkişafı naminə əlaqələrin daha sıx qurulmasına ehtiyac olduğunu vurğuladı. Eyni zamanda, qonaqların Azərbaycana gəlişinin məqsədinin 16-20 oktyabr tarixində Şimali Kiprdə ilk dəfə keçiriləcək 1-ci Türk Dünyası Gənclər Forumu ilə bağlı ölkəmizdə rəsmi və qeyri-rəsmi qurumlara məlumatların verilməsi olduğunu qeyd etdi. O.Həsənoğlu forumda 4 paneldə müzakirələrin aparılacağını, həmçinin 32 ölkədən 300-ə yaxın gəncin, ümumilikdə 500 nəfərin iştirak edəcəyi tədbir çərçivəsində Azərbaycanın tanıdılması istiqamətində nəşrlərin təqdim olunacağını, Azərbaycan yazarlarının kitablarının təqdimatının və imza gününün keçiriləcəyini də bildirdi.
Həmçinin 18 oktyabrda forum iştirakçıları Azərbaycanın Müstəqillik Günü ilə bağlı ortaq tədbir keçirəcəklər: "Baxmayaraq ki bu, türk forumudur, burada dünyanın ayrı-ayrı xalqlarını təmsil edən gənclər də iştirak edəcəklər. Biz bir yola çıxmışıq – fikirləşmişik ki, türk dünyasını tanıdacağıq, özümüzü dünyada təbliğ edəcəyik. Ona görə də sadəcə, türkləri deyil, başqa xalqların nümayəndələrini də dəvət edərək onlara özümüzü anlatmaq və mədəniyyətlərimizi çatdırmalıyıq. Kiprdə yüz minə yaxın tələbə təhsil alır. Bu baxımdan, ölkədə beynəlxalq ab-hava mövcuddur. Düşünürük ki, bu, seviləcək bir tədbir olacaq”. O.Həsənoğlu gələn il üçün də dərnəyin iştirakı ilə beynəlxalq tədbirlərin nəzərdə tutulduğunu qeyd etdi: "Təbii ki, planımıza türk dünyası ilə bağlı, o cümlədən Dağlıq Qarabağla bağlı çalışmalar da daxildir».
Ölkələrində ilk dəfə baş tutacaq Forumun Türkiyə baş naziri aparatının himayəsi, Şimali Kipr Türk Cümhuriyyəti hökumətinin diqqəti və Türkiyə səfirliyinin iştirakı ilə keçiriləcəyini qeyd edən Türk Birliyi Dayanışma Dərnəyinin başqanı Güven Arıklı tədbiri keçirməkdə məqsədin iştirakçı gənclərin öz ölkələri haqqında məlumat vermələri, problemlərini anlatmaları, Şimali Kipr gəncləri ilə ünsiyyət qurmalarından ibarət olduğunu dedi: «Bu Forumun hər il davam etdirilməsi niyyətindəyik. Azərbaycanı qardaş ölkə olaraq Türkiyədən ayırmırıq. Türkiyə bizimçün necədirsə, Azərbaycanla da o yaxınlıq və istilik var”.
Qeyd edək ki, Forumda Azərbaycandan millət vəkilləri, QHT sədrləri və media təmsilçilərindən ibarət nümayəndə heyəti iştirak edəcək.



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300