Tənqidçi yazar Zümrüd Yağmurun ötən aylarda nəşrdən çıxmış "Ölkə adı:22” romanının satışına qadağa qoyulub. Bu haqda məlumatı Zümrüd Yağmur özü "Basta” ya verib.

Zümrüd Yağmur deyir:

"Ölkə adı:22” romanının satışına qadağa qoyulub.
Bir neçə gün əvvəl bir oxucu mənə müraciət edərək əsəri necə əldə edə biləcəyini soruşdu. Ona hansı kitab dükanlarından
əldə edə biləcəyini söylədim.
Lakin keçən gün oxucu mənə yazaraq bildirdi ki, o bu gün iki dükandan kitabı soruşsa da əldə edə bilməyib.
Əsərin satışda bitdiyini zənn edib romanın yayımı ilə məşğul olan şəxs bu gün kitab dükanlarına baş çəkərək yenidən onlara kitab vermək istəyəndə aydın olub ki, əsər satışdan qaldırılıb. Səbəb olaraq da o göstərilib ki, əsərdə siyasi çalarlar var və hakimiyyət əleyhinə yazılıb.
Belə…”
Açığı deyim ki, çox gecikmiş addımdı. "Ölkə adı:22″əsəri onsuz da satılıb, əldə qalan az sayda nüsxə də yəqin ki bir şəkildə öz oxucusu ilə görüşəcək..”

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300