Əgər maddi vəziyyətiniz Türk dünyasını gəzməyə imkan vermirsə, bunun çox sadə bir yolu var.


İstanbulda Türk Dünyası Kültür məhəlləsini gəzmək.


Siz bu məhəlləyə gəlməklə qırğız çadırlarını görür, Qız qalasının, Burana qalasının əzəmətini seyr edir, Xoca Əhməd Yəsəvinin otağında mənəvi dünyanıza qapılır, onun türbəsini ziyarət edir, Bilgə xaqanın, Gültəkinin, Tonyukukun vəsiyyətləri ilə tanış olursunuz...


Biz də bu məqsədlə dünən həmin məhəlləyə yollandıq. 


Qapıdan içəri girdiyimizdə sol tərəfdə bir qırğız çadırı və Orxon abidələri ilə tanış oluruq. Türk əlifbası ilə yazılmış bu abidə Göytürk xaqanlığı dönəminə şahidlik edir. Bu gün Rusiya, Monqolustan ərazilərində bu abidələrin orijinallarını görmək imkanımız olmasa da, maketlərinə baxıb təsəlli tapırıq. Qırğız çadırının yanında Qız qalasını, onun yanında isə Azərbaycan Kültür Evini görürük. 


Buradakı hər türk ölkəsinin evinin önündə o ölkənin bayrağı dalğalanır, həmin ölkəyə xas hər hansı bir simvol görünür. Məsələn, Azərbaycan evində ilk gözə çarpan xalçalarımız olur. 


Ərazidə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr, Tatarıstan, Başqırdıstan evləri yerləşir. İstanbul Böyükşəhər Bələdiyyə başqanı Kadir Topbaşın "ən böyük xəyalım” adlandırdığı bu məhəllədə bu ölkələrin mədəniyyətlərini əks etdirən sərgilər keçirilir, dil kursları təşkil edilir. 


Ərazidə Orta Asiyanın göz oxşayan çadırları yerləşir. Qırğız çadırı 2013-cü ildə Qırğız Respublikasının parlamenti tərəfindən hədiyyə edilib. Qazax çadırı isə prezident Nursultan Nazarbayev tərəfindən 2011-ci ildə o zaman Türkiyənin baş nazir olan R.T.Ərdoğana hədiyyə edilib. 


Məhəllədəki "Turkuvaz” adlı mağazada türk dünyasını əks etdirən əşyalar satılır. 


Zinnət adlı restoranda isə türk dünyasına xas yeməklərin dadına baxa bilirsiniz. 


Beləliklə, böyük Türküstana səfərə çıxmazdan öncə kiçik Türküstanı gəzib geniş bilgi əldə edə bilərsiniz.//teleqraf.com

Dilqəm ƏHMƏD


 Uluyol.info teleqraf.com-a istinadənTürk Dünyası Kültür Məhəlləsindən fotoları təqdim edir:

 

 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300