Noyabrın 1-dən Bakıda, dekabrın 1-dən etibarən isə bölgələrdə dekoder cihazı olmadan televiziya kanallarına baxmaq mümkün olmayacaq. Çünki, Milli Televiziya və Radio Şurası həmin tarixdən etibarən ölkədə analoq yayımın dayandırılacağını açıqlayıb. "Xəzər Xəbər" bu qərardan sonra ölkə kanallarına baxmağın necə mümkün olacağını araşdırıb.

Uluyol.info  "xezerzeber.com"-a istinadən bildirir ki, Milli Televiziya və Radio Şurası ümumölkə televiziya proqramlarının analoq yayımının Bakı və Abşeron yarımadasında noyabrın 1-dən, bölgələrdə isə dekabrın birində dayandırılacağını açıqlayıb.

Bəs bu qərar nə mənaya gəlir? Şuradan verilən məlumata görə rəqəmsal yayımı qəbul etmək üçün hansı televizorlarda qəbuledici mexanizm yoxdursa vətəndaşlar həmin televizorlarla ölkədə yayımlanan kanalları izləyə bilməyəcəklər. Belə televizoru olanlar mütləq rəqəmsal yayımı göstərəcək dekoderlər almalıdırlar. Bu cihazların bazardakı qiyməti isə fərqlidir.

Ekspertlər bildirir ki, müasir televizorların əksəriyyəti rəqəmsal yayımı dəstəkləyir. Buna görə də rəqəmsal yayıma keçid vətəndaşlar üçün o qədər ciddi problem yaratmayacaq.

Milli Televiziya və Radio Şurasından bildiriblər ki, aztəminatlı ailələrə dekoderlərin güzəştli və ya pulsuz verilməsi məsələsi müzakirə mövzusu olsa da, hazırda belə bir addımın atılması gözlənilmir.

 

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300