"Günəşli” yatağındakı dəhşətli qəzada itkin düşən 29 neftçidən biri də 47 yaşlı Seyfəddin Abil oğlu Niyazovdur. O, bu məşum qəzadan bir neçə saat əvvəl ailəsi ilə telefonla danışıb. İndi isə artıq 72 saatdır telefonu da susur...

Üç uşaq atası olan S.Niyazov Salyan rayonunun Xıdırlı kəndindəndir. İndi bu kənddə, ümumən bütün Salyanda hamının gözü dənizə dikilib. Hər kəs Seyfəddindən nəsə bir xəbər gözləyir. Gözləyə-gözləyə də ümidsizləşirlər...

İtkin neftçinin qardaşı Mirdiyar Niyazov virtualaz.org saytının Şirvan bürosunun müxbiri ilə söhbətində Seyfəddinin həmin fəlakətdən az əvvəl ailə üzvləri ilə telefonla danışdığını bildirib.

Mirdiyar Niyazovun sözlərinə görə, qardaşı 15 ildən yuxarıdır ki, "Günəşli” yatağında maşinist işləyirmiş: "Seyfəddin noyabrın 20-də 15 günlük iş növbəsinə - dənizdəki işinə getdi. Dekabrın 5-də növbəsini bitirib evə qayıtmalı idi. Hadisə baş verən gün - dekabr ayının 4-də günorta evə zəng vurub ki, sabah evə qayıda bilməsəm, narahat olmayın. Səbəbini də izah edib. Deyib dənizdə güclü külək var, belə havada gəmilər dənizə çıxa bilmir deyə növbənin dəyişməsi ləngiyir. Bu, Seyfəddinin son sözü olub.

Sonradan televizordan qəza barədə məlumat alanda narahat olub Seyfəddinin özünə zəng vurduq. Amma ona zəng çatmadı. Ona görə də qonşu platformada işləyən başqa həmkəndlimizə zəng vurduq. Həmkəndlimiz isə Seyfəddin işləyən platformada faciə baş verdiyini bildirdi. Daha sonra qazma rəisi köməkçisinin telefonunu verdi. Qazma rəisinə zəng vurduq. O isə bildirdi ki, heç bir məlumat vermək imkanında deyiləm. Sonradan itkin düşənlərin siyahısında qardaşımın da adını gördük”.

İtkin düşən neftçinin qardaşı sonda onu da bildirdi ki, "Azneft” İstehsalat Birliyinin nümayəndələri dənizdəki qəzada itkin düşmüş neftçinin ailəsinə bu gün baş çəkiblər...

Emil Məmmədov

Virtualaz.org

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300