"Qəbələ” Avroliqanın qrup mərhələsi çərçivəsində bu gün növbəti görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, "qırmızı-qaralar” Bakıda Almaniyanın "Maynts” klubunu qəbul ediblər.
 
 İlk turda səfərdə "Anderlext”lə bacarmayan "Qəbələ”ni bu dəfə də çətin sınaqla üzləşib. Cari mövsümdə Avroliqanın hər 4 təsnifat mərhələsində doğma meydanda qalibiyyətə sevinən "Qəbələ” ənənəni davam etdirə bilməyib: Roman Qriqorçukun yetirmələri 2:3 hesabı ilə məğlub olublar.
 
Təmsilçimiz bu görüşə itkilərlə çıxıb. Belə ki, cəzalı Teo Uiks və zədəli Nika Kvekveskiri "qırmızı-qaralar”a vacib qarşılaşmada kömək edə bilməyib.
 
Avropa Liqası
Qrup mərhələsi
II tur
C qrupu
 
"Qəbələ” – "Maynts” (Almaniya) - 2:3
Qollar: Ruslan Qurbanov, 57 (pen.), Zenyov, 62 - Muto, 42, Kordoba, 68, Levin Öztunalı, 78
 
Baş hakim: Gediminas Majeyka
 
Bakı. 8-ci km qəsəbə stadionu

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300