Masallı rayon sakini Ağayev Elnur Azər oğlu Uluyol.info-ya ünvanladığı şikayət məktubunda ədliyyə naziri Fikrət Məmmədovdan üzləşdiyi problemlə bağlı kömək istəyib.

Müraciətdə deyilir:

"Hörmətli cənab nazir!

Yazıb sizə bildirmək istəyirəm ki, 2009-cu ildə Moskva Univermağında satıcı işləyərkən, həmyerlim, 1977-ci il təvəllüdlü Məmmədov Zaur Qalabəy oğlu mənim etibarından sui-istifadə edərək 3700 dollar məbləğində qızıl-zinət əşyalarını götürərək geri qaytarmayıb.

2015-ci ildə iddia ərizəsi ilə Masallı rayon Məhkəməsinə müraciət etdim və məhkəmə iddiamı təmin edərək qətnamə çıxardı. Qərarda da göstərilirdi ki, Z.Məmmədov mənə 3700 dollar vəsaiti ödəməlidir.

Mənim mülki işimlə bağlı 04.04.2016-ci il tarixdə məhkəmə qərarını könüllü icra etmədiyi üçün o, 10 sutka inzibati həbs edildi. 14.04.2016-cı il tarixdə mən tələbkar kimi işi aparan Masallı rayon icra şöbəsinin icra məmuru ilə telefon əlaqəsi yaratdım. İşimin nə yerdə olduğunu soruşduqda icra məmuru mənə borclunun yenidən başqa bir cinayət əməlinə görə bir il həbs olunma xəbərini verdi.

Qərarın icrası üçün Masallı rayon İcra Şöbəsinə müraciət etdim. Şöbənin rəisi İsmayıl Abazəliyev mənə rəsmi cavab verdi. Cavabda bildirilir ki, borclu Məmmədov Zaur Qalabəy oğlu Salyan rayonun 5 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. Ona görə də icra sənədi "İcra haqqında” qanunun 10 və 24-cü maddələrinə əsasən həmin cəzaçəkmə müəssisəsinə göndərilib".

İcra sənədinin icra olunması üçün 5 saylı Cəzaçəkmə Müəssisəsinə müraciət etdim. Buradan da mənə bildirildi ki, borclu hazırda işləmədiyi üçün borcunu qaytarması qeyri-mümkündür. 

Cənab nazir!

Nə edəcəyimi bilmirəm və çıxılmaz durumda qaldığımdan Sizə üz tuturam. Sizdən xahişim odur ki, 3700 dollar məbləğində vəsaitimin Məmmədov Zaur Qalabəy oğlundan alınaraq mənə verilməsi üçün müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz".  
 
 
 Uluyol.info                     

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300