Bu gün Milli Televiziya və Radio Şurasında (MTRŞ) teleradio yayımçılarının nümayəndələri ilə görüş keçirilib. APA-nın MTRŞ-nın saytına istinadən verdiyi xəbərə görə, matəm günündə "Space" TV, "Xəzər" TV, "ANS ÇM", "Jazz" FM, "Anten" FM, "Araz" FM tərəfindən "Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-ci maddəsinin tələbləri pozulub, yayımçılar tərəfindən reklam blokları yayımlanıb.

 

Qeyd olunub ki, bu gün "Space" TV, "Xəzər" TV, "ANS ÇM", "Jazz" FM, "Anten" FM, "Araz" FM-in proqram üzrə məsul şəxsləri Milli Televiziya və Radio Şurasına dəvət edilib və pozuntularla bağlı yayımçılara irad tutulub, müvafiq tövsiyələr verilib.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədi ilə Azərbaycanda matəm elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2015-ci il tarixli Sərəncamına uyğun olaraq 2015-ci il dekabrın 6-da Azərbaycan Respublikasının ərazisində matəm elan edilib.(APA)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300