Bakının Nəsimi rayonu ərazisindəki 19 saylı məktəbdə səsverməni müşahidə edən tanınmış müxalifət fəalı Cəmil Hacıyev polisə aparılıb. Bu haqda "Basta”ya onunla birgə məntəqədə müşahidəçi olan Mariupol (Ukrayna) İctimai TV-nin əməkdaşı Ayxan Hacıbəyli məlumat verib.
Bildirilir ki, müşahidəçilər iki seçicinin başqalarının əvəzinə səs verdiyini görərək, buna etiraz ediblər.
Cəmil Hacıyevin hansı polis bölməsinə aparıldığı bilinmir.