UEFA-dan Qurban Qurbanova təşəkkür (FOTO)
 
UEFA Azərbaycan Premyer Liqasının 7-ci turunda keçirilən "İnter" - "Qarabağ" (0:2) matçında baş verən feyr-pley nümunəsinə görə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanova məktub ünvanlayıb.

Bu barədə Qol.Az-a açıqlamasında klubun mətbuat katibi Nurlan İbrahimov məlumat verib.

Klub rəsmisinin sözlərinə görə, qitə futbol qurumu məktubda Qurbanova futbolçu Elvin Məmmədova mübahisəli penalti zərbəsini kənara vurmaq tapşırığını verməsinə görə təşəkkürünü bildirib.

Həmçinin qeyd olunub ki, baş məşqçi və futbolçunun belə hərəkət etməsi fair-pley qaydalarının pozulmamasına sübutdur. Belə hərəkətin alqışalayiq olduğunu bildirən qurum "Qarabağ"a uğurlar arzulayıb.

Xatırladaq ki, "İnter" - "Qarabağ" matçının son dəqiqələrində meydan sahiblərinin qapıçısı Georgi Lomaya cərimə meydanında rəqib futbolçu Reynaldoya qarşı kobud oynayıb. Bu zaman görüşün baş hakimi Elvin Əsgərov "İnter"in qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Lakin Qurban Qurbanov penalti zərbəsini yerinə yetirməyə hazırlaşan futbolçusu Elvin Məmmədovun topu kənara vurmasını istəyib. E.Məmmədov da Qurbanovun bu istəyini yerinə yetirərək topu kənara vurub. Oyun isə 2:0 hesabı ilə Ağdam təmsilçisinin xeyrinə başa çatıb.(musavat.com)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300