Britaniyanın Leyboristlər partiyası Jeremy Corbyn-i yenidən öz lideri seçib. Müvafiq bəyanat partiyanın Liverpool şəhərində keçirdiyi qurultaydan sonra verilib.

Səsvermənin nəticələrinə əsasən Jeremy Corbyn-in namizədliyini 313.209 partiya üzvü dəstəkləyib. Onun rəqibi, sabiq jurnalıst Owen Smith isə 193.229 səs toplayıb.

Jeremy Corbyn partiyadaşlarına "dəstək və etimada” görə minnətdarlığını bildirib. O, opponenti ilə özünün vahid partiyaya mənsub olduğunu qeyd edib.

Yeni seçkilər təşəbbüsü ilə Leyboristlər partiyasından millət vəkilləri çıxış ediblər. Onlar cənab Corbyn-i Brexit əleyhinə təbliğat kampaniyasının yarıtmaz təşkilində ittiham edir.

"Vaxtilə siyasi autsayder və qatı "solçu” kimi tanınan Corbyn ötən ilkindən daha artıq səscoxluğu ilə qələbə qazanıb”, Leyboristlərin qurultayından BBC müxbiri Rob Watson xəbər verir.

Jeremy Corbyn ötən il keçirilən seçkilərdə səslərin 59,5 faizilə qələbə qazanaraq Leyboristlər partiyasının lideri seçilib.

Hərçənd ki, onun namizədliyi partiya daxili çəkişmələr və qütbləşməyə səbəb olub, BBC təhlilində deyilir.(BBC)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300