Keçmiş məhbus artıq İsveçrənin Sürix şəhərindədir.

 

 

Siyasi icmalçı və keçmiş məhbus Rauf Mirqədirov artıq İsveçrədədir. 

Bu barədə hazırda İsveçrənin Sürix şəhərində yaşayan siyasi mühacir Hacı Hacılı sosial şəbəkədəki statusunda xəbər verib. R.Mirqədirovla fotolarını paylaşan H.Hacılı onun barəsində "Rauf Mirqədirov: Jurnalistika və milli istiqlal tariximizin önəmli bir ismi. Eşq olsun!”, habelə "Yaşasın azadlıq” sözlərini yazıb. 

 R.Mirqədirov 2014-cü ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. O, həmin hökmdən apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Martın 17-də Bakı Apellyasiya Məhkəməsi jurnalistə 5 il şərti həbs cəzası verməklə onu azad edib.

Sentyabrın 16-da  Rauf Mirqədirov Almaniyaya yola düşüb. O, öncə Frankfurta və ordan da 3 günlük seminarda iştirak etmək üçün Varşavaya səfər edib. R.Mirqədirov tədbirdən sonra İsveçrədə məskunkaşan ailəsinin yanına gedib. 

Amma siyasi icmalçı mediaya müsahibəsində ölkəyə qayıdıb-qayıtmaması barədə sualı cavablandırmayıb: "Hələ bu barədə heç nə deyə bilmərəm".(musavat.com)
 
 
 
Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300