Neft daşlarında baş verənlərə fərqli baxış-Elmi-ladun işığında:


"İnsanların öz əlləri ilə etdikləri günahlar üzündən quruda və suda fəsad (qəza) əmələ gələr, (bəzi yerlərdə zəlzələlər baş verər, ziyanlı yağışlar yağar, dənizlərdə gəmilər batar) ki, bununla Allah onlara etdikləri günahların bir qisminin cəzasını versin və beləliklə, qalanlar tövbə edib düz yola qayıtsınlar" Quran, 30:41.

Xəbər verildiyi kimi dekabrın 4-də dənizdə baş vermiş tufan səbəbindən Neft daşlarında iki estakadada uçqun və yanğın baş vermiş, nəticədə çoxsaylı insan təlafatı olmuşdur. Qəzada həlak olanlara Allahdan rəhmət, yaralananlara şəfa diləyirəm. Ruzi dalıyca evindən çıxan bütün insanlarımızı Allah qorusun və ailələrinə sağ-salamat dönsünlər.

Son günlər oxucularımdan çoxsaylı suallar gəlir ki, hadisə üzərində olan sirr pərdəsini ladun elmi ilə qaldırım və qəzanın baş verməsinin gerçək səbəblərindən (pərdəarxası) məqamlarından danışım. Suallarınızı və marağınızı nəzərə alıb, qəzanın bəzi məqamlarına aydınlıq gətirirəm.

Kitablarımı və məqalələrimi çoxdan izləyənlərə aydındır ki, Azərbaycanda baş verən bütün bu kimi qəzalar (enerji, metro, təyyarə və s.) biri-biri ilə riyazi şəkildə əlaqəlidir və bu əlaqə özünü Quranda tövbə və cəza rəmzi sayılan 555 ədədi ilə biruzə verir.

Hesablamalarımız göstərir ki, Neft daşlarında baş verən qəza da bu qəbildəndir və özündən əvvəlki qəza ilə 555 ədədilə bağlanır. Səhifəmi yeni izləyənlər üçün əvvəlcə 555 ədədinin mənasını açıqlayan düsturu təqdim edirəm.
"Quran” niyə 114 surədir?

Kainatın dörd cəhətdən, təbi¬ətin dörd fəsildən ibarət olmasını, həmçinin insanın dörd ünsürdən yaranmasını və bu müqəddəs kitabın dördüncü səmavi kitab olmasını nəzərə alıb, "Quran”ın ilk dörd surəsindəki ayələri cəmləyək:
7 + 286 + 200 + 176 = 669

Qeyd edim ki, bu dörd surə bəşəri dəyərləri mülayimliklə təblig etdiyindən, 669 ədədi də "Quran”da mülayimlik və yaxud bəşəri dəyərlər rəmzi sayılır.

Bu dəyərlərə əməl etməyənlərin necə cəzalanacağından bəhs edən surələr isə, 9 rəqəmi ilə gəlir (9; 19; 29; … 109) və sayı 11 olan bu surələrdəki ayələri cəmləsək, 555 ədədi alınar. Bu ayələrə fikir versək, əsasən sərt ayələrdən ibarət olduğunu və cəzadan bəhs etdiyini görərik.

Elə isə, mülayimlik rəmzi olan 669 ədədindən, sərtlik və cəza rəmzi olan 555 ədədini çıxaq:
669 – 555 = 114
Alınan 114 ədədi "Quran”ın surələrinin sayını göstərir.
 
Düsturdan məlum olur ki, bu müqəddəs kitabın mahiyyəti bəşəri dəyərlərin təbliğindən və bu dəyərlərə əməl etməyənlərin necə cəzalanacağından ibarətdir.
"Həqiqətən, Rəbbin insanların zülmünə baxmayaraq, onlara qarşı mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin cəzası da şiddətlidir!” "Quran”, "Göy gurultusu” surəsi, 6.
 

İndi qayıdaq neft platformasındakı qəzanın bu rəqəmlərlə əlaqəsinə.
Bir məsələni də xatırladım ki, 2012-ci ilin sentyabrın 28-də Mingəçevir QRES-i (SES) idırım vurması səbəbindən Azərbaycanda enrji kəsilmiş və ölkə bir neçə gün qaranlığa qərq olmuşdur. Həmçinin, hadisə nəticəsində insanlarımız metro tunelində, liftdə və s. yerlərdə qaranlıqda qaldıqlarından ölkədə böyük həyəcan yaşanmışdır...

Burada diqqət çəkən məqam ondan ibarətdir ki, dünən dənizdə baş verən tufan (və həyəcan) həmin enerji qəzası nəticəsində yaranmış həyəcanın 1110-cu günüdür ki, bundan da tövbə və cəza rəmzi olan 555 ədədini çıxsaq, yenə də 555 ədədi alınar
1110 - 555 = 555

Beləliklə, Azərbaycanda və dünyada baş verən bu kimi sirli hadisələr yolun azmış və biri-birinə manyakcasına zülm edən, işgəncə verməyi sevən bəşəriyyətin diqqətini Qurana və Allahın cəzasına yönəltməklə, hələlik XIRDA (!) xəbərdarlıqlardır. Çox yaxın bir müddətdə dünya təmizlənəcək və bəşəriyyətin kamillik dövrü başlayacaqdır! Lakin bu böyük fəlakətlərdən keçəcəkdir! Başqa yolu da qalmayıb zatən. Çünkü başqa yolları bəşəriyyət özü bağlayıb! Yəni onlar yollarını o şəkildə azıblar ki, HAQQA GƏL deməklə də gələsi deyillər....

Hesablamalarımız göstərir ki, baş verən fəlakətlərin miqyası getdikcə böyüyəcək və indiki şeytani dövrə bunula son qoyulacaq. Yerdə 29 faiz insan qalanda bəşəriyyət HAQQA TƏSLİM OLUB, getdiyi pis yoldan (pozğun həyat tərzindən, başqalarına zülm, əziyyət verməkdən...) dönəcək və beləliklə də bəşəriyyətin kamillik dövrü başlayacaqdır.
Çalışın həmin 29 faizin içərisində olasız!

Bunun üçün mən tövbə etdim və günahlarıma son qoydum! Sizə də bunu tövsiyə edirəm. Allah əməlisalehləri qorusun! Amin.
"Biz bir məmləkəti məhv etmək istədikdə bir nəfərin dili ilə onun naz-nemət içində yaşayan başçılarına (düz yola gəlməyi) əmr edərik. Lakin onlar bu çağrışa məhəl qoymayıb, pis-pis işlər törədərlər. Beləliklə, o məmləkətə əzab verilməsi haqqındakı hökm vacib olar və onu yerlə yeksan edərik". Quran, 17:16.
 
Cəlilabadda 27 may 2015 tarixdə baş verən və insan təlafatıyla nəticələnən ildırım hadisəsinin 400-cü (114+286) günü, yəni 1 iyul 2015-ci il tarixdə Xəzərdə həmin qəzanın baş verdiyi "28 may” NQÇİ-nin həmin platformalarında enerji müəmmalı şəkildə kəsilmişdir.
Həmin vaxt (1 iyulda) 3-4 gün transformatorlar dayandığından, neft quyuları ehtiyyat generatorlar vasitəsi ilə işıqlandırılmışdı. Bu, İlahidən gələn bir xəbərdarlıq siqnalı idi. Belə xəbərdarlığa məhəl qoymamağın nəticəsi olaraq 4 dekabrda Allahdan daha böyük xəbərdarlıq gəlmişdir!
İctimaiyyətdən gizli saxlanan bu informasiyanı mənə həmin vaxt (1 iyulda) həmin platformada qaranlıqda qalan bir fəhlə (oxucum) yazıb göndərmişdi və bu hadisənin sirlərini açmağımı xaiş etmişdi. (Yeri gəlmişkən, həmin oxucumun sağ olub-olmadığını bilmirəm.)
 
O zaman mən hadisəni hesabladım və heyrətamiz nəticələr olsa da, faktı ictimailəşdirmədim, nə də həmin oxucuma demədim ki, qorxmasın. Bu gün arxivimdən təsadüfən həmin hesablamanı tapdım və heyrətimdən donub qaldım!
Bir daha xatırladıram ki, Cəlilabadda 27 may 2014 tarixdə baş verən və insan təlafatıyla nəticələnən ildırım hadisəsinin 400-cü günü - 1 iyul 2015-ci il tarixdə Günəşli və digər yataqların enerjisi bir neçə gün müəmmalı şəkildə kəsilmişdi: 400 - 114 = 286
Yəni, Quranın səhifələri (286) ilə surələrinin (114) cəmi! Yazılarımı daha əvvəldən izləyənlərə məlumdur ki, Azərbaycanın Dünyanın Mənəviyyat Mərkəzi olduğunu yazmışam. Bütün baş verənlər də bu səbəbdəndir. Yəni bu müqəddəs torpaqda yaşayanlar bu hikməti dərk etməli və qəbul etməlidirlər! Hərəkətlərini, cəmiyyətlə davranışlarını bu hikmətə uyğun qurmalıdırlar!
Hesablamalarımız göstərir ki, insanlarımız bunu dərk edənə və qəbul edənə qədər bu cür faciələr də davam edəcək. Və bütün faciələrin üzərində 114, 286 və 555 ədədləri görünəcək! Allah əməlisalehləri qorusun! Amin.

 
 
Tədqiqatçı-yazar PAŞA YAQUB
 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300