Fikrət Fəraməzoğlu: «Rafil Hüseynovu qismən ağıllı adam hesab edirdim, amma məlum olur ki, bu məsələsində çox geridə qalıb»

Masallının icra başçısı Rafil Hüseynov JAM.AZ-ın baş redaktoru Fikrət Fəraməzoğlunu yenidən məhkəməyə verib. Sayca 4-cü olan şikayətə Masallı rayon Məhkəməsində hakim Nemət Musayevin sədrliyi altında baxılacaq. Bu barədə baş redaktor özü məlumat verib. 

Fəraməzoğlu bildirir ki, ilk məhkəmə proses iyunda yekunlaşıb və Masallı Məhkəməsi elə hakim Nemət Musayevin əliylə ona 5000 manat cərimə kəsib. «Növbəti məhkəmə prosesi bu ilin oktyabrında yekunlaşıb və Rafil Hüseynovun xüsusi ittiham qaydasında Masallı Məhkəməsinə etdiyi müraciət qanunsuz olsa da, sifariş əsasında haqqımda hökm çıxarıb. Anar Alməmmədovun hökmünə əsasən əmək haqqımın 15 faizi tutulmaqla, 1 il müddətinə islah işlərinə cəlb olunmalıyam. Apelyasiya Məhkəməsinə etdiyimiz müraciətimiz Masallı Məhkəməsinin xahişi əsasında geri qaytarılıb. Növbəti dəfə müraciət etmişik və cavab gözləyirik». 

Baş redaktor bildirib ki, növbəti iki məhkəmə ilə bağlı hazırlıq iclasları keçirilib. «Həmin işlərdən biri dekabrın 2-də Anar Alməmmədovun sədirliyi ilə icraata götürülüb. Digərinə isə bu gün baxılması üçün iclas təyin edilib. Hakim isə Nemət Musayevdir. Birinci proses üzrə 3000 manat, ikinci proses üzrə isə 2000 manat cərimə tələb olunur». 

Fikrət Fəraməzoğlu daha sonra qeyd edib ki, o, Rafil Hüseynovun konkret olaraq nəyə nail olmasını başa düşə bilmir. «Bu adam nə etmək istəyir, məlum deyil. Bəzən yadıma Çarli Çaplinin «Böyük şəhərin işıqları» filmi düşür. Orada varlı biri gecələk kef məclislərində sərxoş halda Çarlini özünün əzizi kimi görür, gündüzlər isə düşmən kəsilir. İndi Rafil Hüseynovun işi də buna bənzəyir. Gecələr barışıq üçün sifariş göndərir, gündüzlər məhkəməyə verir». 

Baş redaktor onu da vurğulayıb ki, Masallı Məhkəməsinin hakimləri bütünlüklə Rafil Hüseynovun əmrində müntəzir dayanıblar. «Onlar hər vəchlə sifarişi yerinə yetirməyə çalışırlar. Və edirlər də. Başqa saytların və qəzetlərin yaydığı məlumatları istinadla verdiyimiz halda bizi mühakimə edirlər. Qanun bunlar üçün tualet kağızından daha dəyərsizdir. Rafil Hüseynova gəldikdə isə onu qismən ağıllı adam hesab edirdim. Amma proses göstərdi ki, bu məsələsində çox geridə qalıb».(JAM.AZ)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300