Versiyalardan biri Eldar Mahmudovdur.


Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov uzun müddətdir Azərbaycanla əlaqəsini kəsib. O, Böyük Britaniyanın paytaxtı Londonda məskunlaşıb. Bu barədə Qaynarinfo.Az-a məlumatlı mənbə bildirib.


Mənbənin bildirdiyinə görə, Bakı merinin oğlu bu şəhərdə öz ailəsi ilə birlikdə yaşayır. Təxminən 3 ildir Londona köçən İ.Abutalıbov əvvəllər Azərbaycana gəlib-gedirmiş. Amma sonradan o, ölkəni biryolluq tərk edib.

Mənbə iddia edir ki, bunda onun vəhhabi təriqətinə məxsusluğu barədə deyilənlərin əhəmiyyətli rolu olub. Hətta 2014-cü ildə artıq ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Aşurbəy məscidində əməliyyat keçirdiyi və İ. Abutalıbovun həbs edildiyi barədə o vaxt KİV-də məlumat yayılıb: "Həmin məlumat BŞİH tərəfindən təkzib olunub. Bununla belə, haqqında mütəmadi "vəhhabi” iddiasının irəli sürülməsindən və haqqında MTN tərəfindən həbs edilmə iddialarının dolaşmasından rahatsız olan oğul Abutalıbov Azərbaycana gəlməməyi qərarlaşdırıb”.

Qeyd edək ki, bundan əvvəl mətbuatda İ.Abutalıbovun radikal dini cərəyana məxsusluğu barədə iddianın məhz Eldar Mahmudovun tarixə qovuşmuş nazirliyi tərəfindən, məqsədli şəkildə mətbuata ötürüldüyünə, bundan paytaxt merini şantaj etmək məqsədilə olunmaq istənildiyinə dair məlumatlar dərc olunub. Maraqlıdır ki, nə Hacıbala müəllim, nə də onun rəhbərlik etdiyi qurum bu məlumatları təkzib etməyib.

Bu isə deyilənlərdə və yazılanlarda həqiqət payının yüksək olması yönündə ehtimallar yaradır.

Onu da deyək ki, keçmiş metro şefi Tağı Əhmədovdan şantaj yolu ilə 3 milyon manat alınması MTN-dəki mövcud olmuş cinayətkar dəstənin hətta iri ranqlı məmurları da hədələyərək onlardan pul və s. qoparmaq imkanlarının olduğunu təsdiqləyir.(qaynarinfo)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300