CHP funksioneri Levent Gök Türkiyədə elan olunan fövqaladə hal qərarnaməsi ilə bağlı məhkəməyə müraciət edib. 

Musavat.com-un Türkiyə mətbuatına istinadən məlumatına görə, konstitusiya məhkəməsinə müraciət edən Levent Gök bunları deyib: "İyulun 15-də necə ki hüquqdankənar hadisə baş verdi və bunun qarşısı alındısa, indi iqtidara düşən hüququ yaşatmaqdır, fürsətçillik edərək kefi istəyən kimi qanunları dəyişmək deyil.  Bir an əvvəl bütün qərarnamələrin TBMM-nə (Türkiyə Böyük Millət Məclisi) gələrək müzakirəyə qoyulmasını gözləyirik”. 

Levent Gök hansı qanunlardakı dəyişikliklərə etiraz etdiyini də açıqlayıb: "Hökumət 668 saylı qanun hökmündə fərman ilə bir çox qanunda dəyişiklik etmişdi. CHP bəzi maddələrin dəyişdirilməsinin qarşısını almaq üçün məhkəməyə müraciət edib. Fövqaladə hal elan olunubsa bu, qanunların istənilən kimi dəyişməsi demək deyil. Demokratik ölkələrdə fövqaladə hal hüquqa zidd davranmaq anlamına gələ bilməz”.

CHP-nin dəyişməsinə etiraz etdiyi maddələr isə bunlardır:

1 Hərbi məhkəmələri tənzimləyən qanun
2 Hərbi hakimlərlə bağlı qanun
3 TSK (Türk Silahlı Qüvvələri) işçiləri qanunu
4 Ali Hərbi Şuranın quruluş və işləri ilə bağlı qanun
5 Jandarma təşkilat qanunu
6 Dövlət məmurları haqqında qanun
7 Sahil təhlükəsizlik qüvvələrinin Daxili İşlər Nazirliyinə tabe edilməsi ilə bağlı qanun

Qeyd edək ki, Türkiyənin baş naziri Binali Yıldırım və CHP lideri Kamal Kılıçdaroğlu sentyabrın 22-i axşam saatlarında görüş keçirmişdı. Görüşdə bir çox məsələlərlə yanaşı qanunlardakı dəyişikliklər də müzakirə edilmişdi. Yıldırım və Kılıçdaroğlu arasında baş tutan görüşdən sonra CHP-nin məhkəməyə müraciət etməsi gözlənilməz olub. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300