"Azərbaycanda  etibar edəcəyimiz heç bir məlumat bazası  yoxdur.”
Bu fikirləri İlahiyyatçı-yazar Mahir Şəkərov öz facebook səhifəsində qeyd edib. Onun fikrincə indiki zamanda doğru məlumat əldə etmək çox çətinləşib. Öz fikirlərini dini misallarla da göstərməyə çalışıb. ULUYOL.İNFO xəbər portalı olaraq həmin statusu olduğu kimi sizə təqdim edirik:

"Azərbaycanda  etibar edəcəyimiz heç bir məlumat bazası  yoxdur.”
Bu mənim fikrimdir və buna da dəlillərim var. Azərbaycanda istər dini,istər ictimai-siyasi etibar edə biləcəyimiz heç bir sayt yoxdur. Çox maraqlıdır biz nə vaxtsa elə bir sayt görəcəyikmi ki, vicdanlı, qərəzsiz məlumat yaysın?
 
  Necə ola bilər ki, bir məkanda baş vermiş eyni hadisə saytlarda müxtəlif cür təzahür edir? 
İslam tarixi haqqında kitab mütaliə etdikdə, qarşıma belə hadisələr çıxdıqda təəccüb edirdim. Bir kitab bir hadisəni nəql edir, digəri isə onu tamamilə inkar edir və belə bir hadisənin ümumiyyətlə baş vermədiyini yazır. Bir hədis oxuyurdum. Onun mətnində mənə bir qədər qaranlıq qalan nüanslar oldu. Araşdırdım,çünki dinimiz kor-koranə və dəlilsiz heç bir şeyi qəbul etməyi bizə icazə vermir.  Çox maraqlı bir məsələ ilə qarşılaşdım. Hədisdə adı keçən şəxs ki, o hədisi onun dilindən nəql etmişdilər, həmin şəxs həmin hadisə zamanı hələ dünyaya gəlməyibmiş. Başqa sözlə hələ ana bətnində imiş.  Necədir sizin üçün?! 

  Bu ona bənzəyir ki, bugün əksər saytlar facebookdan yayılan məlumatı araşdırmadan sayta yerləşdirir, və əksər insanlar da o məlumatın doğruluğunu araşdırmadan paylaşırlar və beləliklə yalan infomasiya cəmiyyətə ayaq tapır. Amma xoşbəxtlikdən yalan ayaq tapsa da yeriyə bilmir. Çünki, iki gün sonra o məlumatın yalan olması ortaya çıxır və məlum olur ki, sözü gedən hadisə ümumiyyətlə baş verməyib və həmin məlumatda adı keçən şəxs ümumiyyətlə yoxdur.
 
   Bir sözlə, saxta profil, saxta məlumat... 
Məlumat yayırlar ki, Əhməd öldü, Abbas öldü, Qəzənfəri maşın vurdu. Amma Abbasın qardaşı deyir ki "Ay bala! Bəsdirin siz Allah! O hələ ölməyib, sağdır. Mən ona sizdən daha yaxınam.” 
Amma qarşı tərəf qane olmur ki,olmur. Çünki, o artıq yalana aludə olmuş məlumatlara elə inanıb ki, Qəzənfər də gəlib desə ki  "ay qardaş məni maşın vurmayıb, bu yalandır.” yenə inanmayacaq. Deməli yalan məlumatları yazan saytlar kimi, onu araşdırmadan yayanlar da məsuliyyət  daşıyır. Odur ki, həm saytlar və həm də onun izləyiciləri bu məsələdə öhdələrinə düşən məsuliyyəti hiss edib, ona görə addım atsınlar ki, nə Allah və  nə də bəndələri yanında xəcalətli olmasınlar. Ariflərə bu qədəri bəs edər. Hərçənd bir işarədən çox olsa da."

ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300