Həbsdə olan jurnalistin həyat yoldaşını deportasiya etmək istəyirlər...

Dostlar, gözümüzün qabağında həbsdə olan bir jurnalistin axırına çıxmaq istəyirlər. Bakıda əxlaqsızlıq yuvalarını himayə edən məmurlar haqqında yazdığı ifşaedici silsilə tənqidi yazılarına görə ondan qisas alırlar. Ona divan tuturlar, işgəncə verirlər, özünə qəsd edəcək səviyyədə döyüb zülm edirlər. Söhbət jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlundan gedir. DİN Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində məruz qaldığı işgəncələri onunla görüşən həyat yoldaşı Faiqə Nüsrəti və vəkili Elçin Sadıqov da təsdiq ediblər, ictimaiyyətə yayıblar.

 


 


Xəbəriniz olsun ki, ürəkləri bununla da soyumur. Fikrət bəyin həyat yoldaşını, əsl azərbaycanlı xanım kimi onu mərdi- mərdanə, heç nədən çəkinmədən cəsarətlə müdafiə edən Faiqə xanımı ölkədən deportasiya etmək istəyirlər. O, əslən Güney Azərbaycandandır. 2004- cü ildən Azərbaycanda yaşayır, rəsmi qeydiyyata düşüb. 2006- cı ildən Fikrət bəylə ailə həyatı qurub nigah bağlayıblar, 2 övladları var. Bu gün ona Miqrasiya İdarəsindən zəng edib sorğu sual ediblər. Harda yaşadığını, nə işlə məşğul olduğunu soruşublar. Şübhəli və narahatlıq doğuran suallar veriblər. Faiqə xanım bildirir ki, indiyə qədər adı çəkilən idarədən ona belə bir zəng olmayıb. Bütün bunlar ona təzyiq üçündür. Ona "banditizm" - də bildiriblər ki, Fikrətlə bağlı məlumatları ictimailəşdirmə, ora- bura yazma. Yoxsa sənin üçün ağır olacaq. Hətta onu həbslə də təhdid ediblər. Faiqə xanım isə "ölərəm, Fikrətin müdafiəsində geri çəkilmərəm" deyib.
Əziz dostlar, görürsünüzmü biz necə ölkədə yaşayırıq. Hətta öz həyat yoldaşını müdafiə etdiyinə görə insanlara təzyiq edirlər. Onları həbslə, şantajla, ölkədən qovmaqla hədələyirlər. Təbii ki, bütün bunlar qanunsuzluqdur, pislənilməlidir və etiraz olunmalıdır...

Mən bir daha özünü müstəqil hesab edən media nümayəndələrinə səslənirəm. Biləsəniz ki, mənim indiyə qədər Fikrət Fərəməzoğlu ilə heç bir əlaqəm, təmasım, münasibətim olmayıb. Hətta bir dəfə də olsun görüşüb salamlaşmamışıq. Amma bu gün o dardadır. Onu məhz yazılarına görə şərləyib həbs ediblər. Ona olmazın işgəncələr veriblər. Sabah sizlərin hər birinizi də onun kimi həbs edə, işgəncəyə məruz qoya bilərlər. Sizləri qanunlar və qaydalar çərçivəsində öz həmkarınızı müdafiə etməyə çağırıram. Fikrət bəylə münasibəti olan onu keçmiş münasibətlərinə görə, olmayanlar isə insanlıq naminə, özlərinin təhlükəsizliyi baxımdan onu müdafiə etməlidir. Unutmayayaq ki, heç kim bu ölkədə həbslərdən, təzyiqlərdən sığortalanmayıb.


Oktay Gülalıyev, hüquq müdafiəçisi 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300