Millət vəkili Naqif Həmzəyevin Rəsulzadənin ünvanına səsləndirdiyi xoşagəlməz sözlərə görə Mili Məclisin önündə deputatın mandatının alınması tələbi ilə aksiya keçiriləcəyi ilə bağlı məlumat vermişdik.Xəbər verdiyimiz kimi, dekabrın 8-də Milli Məclisin qarşısında aksiya keçirilməsi nəzərdə tutulub. Həmin gün saat 14:00-a təyin edilmiş mitinqin təşkilat komtəsi bəyanat yayıb. 

ULUYOL.İNFO ya daxil olan bəyanatın mətnində vurğulanır ki, keçiriləcək aksiyada hər hansı bir təxribat xarakterli hərəkət olmayacaq.
 
«Dövlətçiliyimiz, müstəqilliyimiz və ərazi bütövlüyümüz əleyhinə xələl gətirəcək hər hansı bir şüar səslənməyəcək! Aksiyanın məqsədi Şərqdə, İslam aləmində ilk demokratik cümhuriyyətin banisi, dahi şəxsiyyətimiz M.Ə. Rəsulzadəni təhqir edən, ona qarşı alçaldıcı sözlər işlədən, qondarma deputat Naqif Həmzəyevin mandatdan məhrum edilməsi tələbidir!
  Keçiriləcək dinc aksiyaya hər bir Məmmədəmin sevər vətən övladlarını 08.12.2015 saat 14:00-da Milli Məclisin qarşısındakı dinc etiraz aksiyasına dəvət edirik».

Təşkilatçılar sonda onu da xatırladıblar ki, aksiyadan sonra Şəhidlər Xiyabanı və türk əsgərlərinin şərəfinə ucaldılmış Şəhidlik Abidəsi ziyarət ediləcək. 

ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300