Azərbaycanda fəaliyyət göstərən "Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfırat Bakıya buraxılmır.

"Azadlıq” nəşrinin məlumatına görə, məşhur biznesmen Türkiyədən gələrkən sərhəddən geri qaytarılıb.

Azərbaycana girişinə qadağa qoyulan ünlü iş adamı özü ilə bağlı bu qərarı FETÖ-nün Azərbaycanda güclü olması ilə əsaslandırıb. Hüseyn Büyükfırat illərdir ki, Fətullah Gülənə qarşı mübarizə apardığını və onun Azərbaycandakı tərəfdarları ilə gərgin münasibətdə olduğunu deyib.

O həmçinin, Azərbaycana buraxılmamasına görə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun narahat olduğunu və bu məsələni rəsmi Bakı ilə müzakirə edəcəklərini bildirib.

Qeyd edək ki, Hüseyn Böyükfıratın qardaşı Abdulqafur Büyükfırat Türkiyənin Azərbaycandakı səfirliyində təhsil müşaviridir. İş adamının diplomat qardaşı açıqlamasında ortada dəyişən bir şeyin olmadığını deyib. Abdulqafur Büyükfırat qardaşının səfirliyə və Azərbaycanın müvafiq orqanlarına müraciət etdiyini bildirib: "Müraciətləri var. Hələlik hər hansı bir cavab yoxdur. O da cavab gözləyir”.

Qeyd edək ki, Azərbaycanın müvafiq strukturları tərəfindən türk biznesmeninin ölkəyə buraxılmaması ilə bağlı hər hansı şərh, açıqlama verilməyib.
 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300